Turun 3 oyunu göstəriləcək:
Amma ən maraqlı oyunu yenə efirdə olmayacaq
Azərbaycan Premyer Liqasında 23-cü turun oyun cədvəli məlumdur. Qarşıdakı turun da bütün oyunları millinin Fillipinlə yoxlama matçıyla əlaqədar eyni gündə baş tutacaq. Turun 3 qarşılaşması TV-dən yayımlanacaq. Turun ən maraqlı qarşılaşması kimi dəyərləndirə biləcəyimiz matç – “İnter” – “Bakı” derbisi yenə yayınçı kanalın diqqətindən kənarda qalıb. Yaxşı ki, “İnter” klubu oyunlarını rəsmi internet kanalı vasitəsi ilə canlı yayımlayır.
23 fevral (bazar)
“Qəbələ” – “Rəvan” (İdman Azərbaycan TV)
Qəbələ şəhər stadionu, 13:00
AZAL – “Xəzər Lənkəran” (İdman Azərbaycan TV)
“AZAL Arena” stadionu, 17:00
“Qarabağ” – “Simurq”
Tofiq Bəhramov adına Respublika stadionu, 17:00
“Sumqayıt” – “Neftçi” (AzTV)
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, süni örtüklü meydança, 15:00
“İnter” – “Bakı”
“Şəfa” stadionu, 16:00




Fikirlərini bizimlə bölüş!