,

Təbii otu yalnız millidə görən uşaqlar…

Təbii otu yalnız millidə görən uşaqlar — Azərbaycan futbolu illüstrasiyası

U-20 millimizin üzvü olan bu uşaqlar Azərbaycan futbolunun gələcəyidirlər. Normal da futbol oynayırlar, amma 95 faizi öz komandalarında əsas heyətdə meydana çıxmırlar. Heç olmasa, Premyer Liqa klublarımızın baş məşqçiləri bu uşaqlara ara-sıra 5-10 dəqiqə meydana çıxmağa şans yaratmalıdırlar.

5:0 udursansa, burax meydana 5 dəqiqə oynasın da, nə itirəcəksən axı?.. Və yaxud 0:3 uduzanda…

AFFA-nı tənqid edirik ki, ölkədə futbol yoxdur. Amma klub futbolçunun yetişməsi üçün bir addım atmırsa, assosasiya nə etsin?

5-10 gün baş tutan təlim-məşq toplanışları ilə heç nə əldə edə bilmərik, klublar əlinin daşın altına qoymalıdırlar. Və ən dəhşətlisi odur ki, bu uşaqların böyük əksəriyyəti təbii ot örtüyünü ancaq millinin təlim-məşq toplanışında görürlər.

Mövzu ilə bağlı millimizin çalışdırısı Rui Jorjeyə sual verdim, dedim, bu uşaqların daha da inkişafı üçün klublarının baş məşqçiləri ilə fərdi müzakirə aparacaqsınızmı? Dedi, klubların işinə qarışmağa ixtiyarı yoxdur.

Bax belə!..

Və bu gün bizim uşaqlar Yaponiyadan olan həmyaşıdlarına qalib gəldilər, gələcək üçün ümid verdilər. Ümid edirəm ki, davamlı olacaq, bir neçə ilə futbolun daşını atmağa məcbur qalıb gedib inşaatda, restoran sferasında çalışmayacaqlar…

Azərbaycanın U-20 millisinin baş məşqçisi Rui Jorjenin futbolçularımızın hazırlığı ilə bağlı dedikləri də bu problemin nə qədər dərin olduğunu göstərir.

Təbii otu yalnız millidə görən uşaqlar — Azərbaycan futbolu illüstrasiyası

Yazılarımız maraqlı gəlir?
Abunə ol, e-mailinə həftənin

ən maraqlı yazılarını seçib göndərək.

← Back

Your message has been sent

Şərhlər

Fikirlərini bizimlə bölüş!