Azərbaycan futbolu

Xəbərlər və təhlillər

UDUZMAMALIYDI…

…Nazarov ilk 11-də olsaydı

Dünən milli yenə uduzsa da, Foqtsun dövründəki kimi antifutbol oynamadı. 7-8 nəfərlə arxada oturmadı. Qarşılaşmaboyu xoşbəxtliyi rəqib qapısında axtardı, ərazi üstünlüyünə malik oldu. Daha cəsarətli, daha nikbin idi.

Bir oyuna nəyisə dəyişmək çətindi. Amma biroyunluq baş məşqçi ən azı buna cəhd etdi. Heyət seçiminə gəldikdə, fikrimcə Mahmud ən düzgün ilk 11 variantına əl atmışdı. Yalnız bir səhvi vardı, Nazarov İmamverdiyevin yerinə əsas heyətdə çıxmalı idi.

Nazarov kimi son ötürmə verməyi və uzaq məsafədən sərrast zərbə vurmağı bacaran futbolçuyla irəlidə daha yaradıcı olmaq mümkün idi. "Karlsrue"li meydana çıxdıqdan sonra verdiyi iki kəskin ötürməylə bunu bir daha göstərdi. Heyif ki, oyuna gec daxil oldu və artıq komanda fiziki cəhətdən yorğun idi, yoldaşlarında matçda dönüş yaratmağa güc qalmamışdı. Milli dünən məhz yaradıcılıq, kombinasıyaların eyni yönlü (hələ "Neftçi"dən yaxşı anlaşan Mahir – Araz cütlüyünün yer aldığı sağ cihandan) olması cəhətdən axsadı.

Bədəvi, Qara və ya Kamran oynamalıydı söhbətləri isə əsassızdı. Çünki problem onların yer aldığı mövqedə yaranmadı. Bunlardan Qara fikrimcə çox şişirdilmiş futbolçudu. Dəfələrə diqqət etmişəm millidə onun qədər top itkisinə yol verən, ikinci biri yoxdu. Rahid və Ruslan daha intizamlı dayaq yarımmüdafiəçiləridi. Qarayev hələ əsas heyətdə möhkəmlənmək üçün üzərində çox işləməlidi.

Fikirlərini bizimlə bölüş!