Azərbaycan futbolu

Xəbərlər və təhlillər

“Xəzər Lənkəran”la “Neftçi”nin fərqi…

“Xəzər Lənkəran” – “Neftçi” matçının televiziya vasitəsi ilə yayımlanmaması ətrafında böyük ajiotaj yaradılıb. Belə ki, “Xəzər Lənkəran” rəhbərliyinin yayıma görə, tele-kanallardan pul tələb etməsi “Böyük oyun”u bir çoxları üçün əlçatmaz edib. Azarkeşləri bu oyuna baxmaqdan mərhum etmək nə qədər düzgün deyilsə, o qədər də tele-kanalların yayıma pul ödəmək istəməməsi düzgün deyil.

Ölkədə yeganə klub olaraq “Xəzər Lənkəran”ın bu addımı çoxlarına qəribə görünə bilər. Əslində isə burada heç bir anlaşılmazlıq yoxdur. Çünki, dünyada futbol çoxdan biznes kimi qəbul edilir. Bu baxımdan da ölkənin ən böyük azarkeş kütləsinə malik bir komandanın yayımdan pul tələb etməsi tam təbiidir və haqqıdır. Burada qınaq obyekti “Xəzər Lənkəran” deyil, yayımda maraqlı görünməyə çalışan tele-kanal olmalıdır.

“Neftçi” rəhbərliyinin, xüsüsən də klubun ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Gündüz Abbaszadənin açıqlamaları peşəkalıqdan tam uzaq saymaq olar. Əgər “Neftçi” yayımdan pul tələb etmirsə, bu onun öz problemidir. Bunu “Xəzər Lənkəran”dan tələb etmək düzgün deyil.

Doğrusu Gündüz Abbaszadənin dediklərini tək “Neftçi” mövqeyi kimi qiymətləndirmək düz olmazdı. Bu Ramin Musayev başda olmaq futbol təsərrüfatına rəhbərlik edən bir çox insanların mövqeyidir. Azarkeşlərinə bilet satıb az da olsa pul qazanan “Xəzər Lənkəran” yarandığı gündən bir çoxlarının yuxusuna haram qatlb. Futbol mafiyasının planlarını az-çox ifşa edən və qarşısını alanda cənub klubu olub. Bu baxımdan mətbuatda yayımı bəhanə edib “Xəzər Lənkəran”a qarşı təzyiq etməyə çalışırlar.

Qeyd edək ki, ölkədə yeganə klub “Xəzər Lənkəran”dır ki, konkret biznesdən, yəni halal pulla maliyyələşir. Mübariz Mənsimov xaricdə qazandığı pullarla Azərbaycanda klub saxlayır. Qalan bütün klublar bu və ya digər səviyyələrdə korrupsiyadan, daha doğrusu xalqın pulu ilə maliyyələşir. Buna görə, “Xəzər Lənkəran”a qısqanc bir münasibət var. Və hər vəhclə bu klubu gözdən salmağa çalışırlar.

“Xəzər Lənkəran” – “Neftçi” arasında keçirilən bütün oyunlar azarkeşlərin həsrətlə gözlədiyi qarşılaşmalar olur. Tele-kanallar oyunu yayımlamaqla özlərinə reytinq yığırsa və bu reytinqi reklamlarla pula çevirirsə, niyə yayıma görə, pul ödəməməlidir? Hər hansı bir klub yayımdan pul tələb etmirsə, əksinə yayıma görə pul ödəyirsə (Belə hallar Azərbaycan futbolunda müşahidə olunur) bunun özü anormallıqdır. Əslində belə hallar tənqid olunmalıdır. Yoxsa “Xəzər Lənkəran”ın kifayət qədər haqlı olaraq yayımdan pul tələb etməsini ancaq bə ancaq alqışlamaq lazımdır.

Nə vaxta qədər Azərbaycan futbolu kənardan maliyyələşməlidir? Dünyada klubların maliyyə mənbələrinin biri də yayımdır. Görəsən Gündüz Abbaszadənin dediyi “Qalatasaray” – “Fənərbaxça” oyununun yayımından klublara pul gəlməsə, yayıma komandaların rəhbərliyi icazə verəcəkmi?


09 fevral (bazar)

“Xəzər Lənkəran” – “Neftçi”
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Namiq Hüseynov, Feyzulla Feyzullayev
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Elvin Əsgərov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Füzuli Nəcəfov
“Xəzər Lənkəran” mərkəzi stadionu, 16:00


Buna qədər baş tutan “Böyük oyun”larda bakılıların üstünlüyü nəzərə çarpır – 9 qələbə. Oyunların 7-də Lənkəran təmsilçisi qalib, 11 dəfə isə heç-heçə qeydə alınıb. Bu üstünlüyə baxmayaraq, “Neftçi” 7 ildir ki, səfərdə “Xəzər Lənkəran”a qalib gələ bilmir. “Ağ-qaralar” sonuncu dəfə 2007-ci ilin noyabrında “fırtınalar meydanı”ndan 3 xal aparıb.

Bu mövsüm Topaz Premyer Liqasında “Xəzər Lənkəran” doğma meydanda keçirdiyi 9 oyundan yalnız 3-də qələbə qazanıb. Səfər oyunlarında cəmi 11 xal yığan “Neftçi” 3 qələbəyə və 2 heç-heçəyə sevinib.

İdrak CAMALBƏYLİ

Fikirlərini bizimlə bölüş!