Uzun fasilədən sonra "Neftçi"nin oyununu izlədim. "Zirə"yə uduzdular – 1:2. Ciddi problemlər var. Bu komandadan ən azı dekabra qədər normal nəticə gözləmək mənasızdı. Xaos hökm sürür. Problemin kökü transferlərdən başlayır. Yerli futbolçular alınmış xaricilərin səviyyəsiz olduqlarını düşünürlər. Xaosun başlıca səbəbi burdadı.
Tərlan Əhmədovun start heyətində meydana buraxdığı 6 futbolçunun altısı da altı ayrı modelin oyunçularıdı. Bunlar heç vaxt bir komandanın oyunçusu ola bilməzlər. Hə, ayrılıqda pis futbolçu deyillər. Bəlkə də hansısa bir üsluba ikisini montaj etmək olar. Ancaq qətiyyən, o üslub iddialı komanda tərzi olmayacaq, orası aydındı. Burdan o qənaət təsdiqlənir ki, Elxan Abdullayev ümumiyyətlə məşqçi deyil, məşqçi ola bilməyib. Bu futbolçuları ya onun iradəsi xaricində alıb, yığıblar, ya da ki, iradəsi daxilində. İki halda da Abdullayevin məşqçiliyinə bir "quş"! "Neftçi"ni idarə edənlərin potenisallarına da həmçinin.
Tərlan Əhmədova sadəcə vaxt yox, tam müstəqil, peşəkar normalar çərçivəsində iş şəraiti lazımdı. Bunu da "Neftçi"nin bir qulağı AFFA-da olan indiki rəhbərliyinin yaradacağına ümid etmək çətindi. Məncə bu oyundan sonra Əhmədov da əmin oldu ki, komandası ən azı 70%-i reform olunmalıdır.




Fikirlərini bizimlə bölüş!