U-21 milli komandamız İrlandiya ilə qarşılaşıb. Yenə məzmunsuz oyun, yenə buraxılan sadə qollar – 1:3. Milliləşdirmiş qapıçı "qıçarası" buraxır, onun arkadaşı isə özünü Arda Turan sayaraq 3 nəfərin üstünə gedir, topu itirir və irlandlar ikinci qolu vurur. Bu Albayraklar nə bilim Sərkanlar. Axı o nə futbolçulardı, hardan tutub gətiriblər?
Oyunun ən yaxşısı bir Mahir Mədətov idi (oh what a surprise!), bir də şərhçi Emin Abbasov. Legionerlər lazımdı, lakin legioner yerli futbolçudan zəifdirsə, o kimə lazımdı? Bu legioner mafiyası kimlərə qulluğ edir? Kimlər üçün qazanc mənbəyidi?
AFFA cəlb edir, dövlət strukturları pasport verdirir, Yaşar Vahabzadə kimi məşqçilər da onları oynadır. Bu 1-2 adamın işi deyil, bu bir şəbəkədir. Spros yoxdur deyə, bunlar nə istəyirlər onu da edirlər.
Pul yoxdur deyə Tovuzun, Mingəcəvirin komandalarını premyer-liqaya buraxmayan AFFA necə olur ki Bernhard Lippertə aya 30 min avro ödəyir? Almaniyadan özü kimi bərbad futbolçu gətirdiyinə görə? Axı ildə bu səriştəsiz almana xərclənən 700 min manata futbolumuz nə qədər xeyirli iş görmək olardı! Həəə deyirsiz o pulu Lippert tək yemir? Nə danışırsız? Heç bizim futbol təsərrüfatımızda bu cür maxinasiyalar ola bilər?!
Neçə ildi Lippert burda dəmir atıb, elə özümdən başqa ondan yazan yoxdur. Niyə gəlib hesabat vermir? Bu fantastik maaşı nəyə görə alır? Nə edib Azərbaycan futbolu üçün? Oturub AFFA-da cürbəcür işlərlə məşğuldular! İndi də başlayacaqlar futbolçu yoxdu deyə-deyə malalamağa! Bəli, futbolçu da yoxdur, məşqçi da! Ona görə ki sizin kimi idarəçilər Lippert kimi boşboğaz adamları saxlayırsız, işi bilənləri da kənarda qoymusuz. Hesab-kitab yoxdu…
Keçən oyundan sonra hamımız düşdük Yaşar Vahabzadənin ustünə. Tək odur günahkar? Neçə illərdi eyni adamlar müxtəlif "U" yığmalarında çalışır, AFFA-dakılar da onları himayə edir. Hansısa Lipperti da gətirib AFFA-nın texniki direktoru elədilər, neçə-nəçə nəslimiz məhv olunub. Bü gün U-21-də "oynayanlar" məntiqlə sabah AVRO-2020də millimizin simasını müəyənləşdiricək. Yəgin onda da AFFA biabir olmamaq üçün ordan-burdan legioner gətirəcək.
Yaşarı qovub, yerinə Təbrizi gətirəcəklər. Bununla problerimiz bitəcəkmi? Yenə də Lippert ilə tərcüməçisi kimə gəldi məşqçi lisenziyası paylayacaqlar. Bu 10 ildə Qurban Qurbanovdan başqa ölkədə məşqçi yetişmədi, bunun hesabatını kim verməlidi? Kosmetik yerdəyişmələr yox, sistem dəyişikliyi lazımdı, bəylər!




Fikirlərini bizimlə bölüş!