"Qəbələ" – "Dinamo" Tbilisi oyununda azarkeşlər necə davranmalıdır? Belə məlumdur ki, fikirlər müxtəlifdir. Tiflisdə Azərbaycan bayrağı tapdalandı, ölkəmizə qarşı ərazi iddiası açıqca ortaya qoyuldu, azarkeşlər döyüldü. Bunun qarşılığı olmalıdırmı?!
Mən hesab edirəm ki olmalıdır! Çünki, bu siyasət deyil, bu idmandır və gürcülərin əməllərinə bəraət qazanıldısa da bizimkinə də qazanılmalıdır. Onsuz da Qarabağ məğlubiyyətinə görə kompleks yaşayan bir xalq kimi belə qarşıdurmalarda da qorxaqlıq göstərməyimiz qonşularımızı çox cürətləndirir. Burda üzümüzü göstərməsək sabah bütün gürcüstan azərbaycanlılarını təpiyin altına salacaqlar.
Həm də gürcülər hər zaman bizə xəyanət edib. 1992-ci ildə Azərbaycan müharibədə olduğu bir vaxtda Gürcüstandan azərbaycanlıları qovdular. İnanın ki, Osetiya və Abxaziya olmasaydı bu gürcülər azərbaycanlıların axırına çıxıb Qax və Zaqatalaya hücum edəcəkdilər. Bəxtimiz gətirdi.
Humanist çıxış edənlərə isə xatırladım ki, 1988-ci ildə Xuraman Abbasova öz baş yaylığını kişilərin ayağının altına atırdı ki, qonşu ilə dava etməyin. Sonu da məlumdur. İndi yaylıqlarınızı saxlayın özünüzə. Bu millət nə vaxtsa təpər gösətrməsə gələcək yoxdu..
Bu arada: Qəbələ də belə prinsipial oyunu uduzsa onda heç ne..




Fikirlərini bizimlə bölüş!