Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Yer Tahir, göy Tahir…

Bilirəm, bizim səhifədə də onun “pərəstişkarları” var. Onların fikirlərini dəyişdirmək üçün yazmıram. Qoy, sevməyə davam etsinlər. Ancaq mənim, başım ağrıyır, bəylər. Belə şey olmaz.

Yer Tahir Süleymanov, göy Tahir Süleymanov. İşsiz vaxtlarıdı, oturur status yazır, dünənə qədər onu söyən media da tirajlayır.

"Nefçi"nin xilası onun əlindəymiş, bağ belə, bostan belə.

Deməli, 2007-ci ildə iki idman qəzetində rəhbər postlarda çalışdım. Yenə də Süleymanovun işsiz vaxtları idi. Adını çəkdiyimizə peşman olurduq. Yığırdı, dəstəyi qoyurdu qulağına… 1 saat. Bu qədər boş-boş şeylər danışan adam, ondan sonra iki klubda rəhbər vəzifədə çalışdı: "Turan", "Neftçi"! Nədənsə, "Turan"lı vaxtlarını heç xatırlamaq istəmir. "Neftçi"də Sadıq Sadıqovun dövrü uğurlu keçib, ən yaxşı CV həmin vaxtla bağlıdı, o vaxtdan danışır. İndi də çıxıb 10-15 il bundan əvvəli tənqid edir. Pullar gəldi, düz xərclənmədi, dağıdıldı, təməlsiz işlər görüldü – filan beşməkan. Bir nəfər çıxıb soruşan yoxdu ki, sənin tənqid etdiyin dövrdə ailəlikcə vəzifə başında olmusunuz. Qardaşın Məzahir Süleymanzadə Fuad Musayevi yıxanların başında gəlir. Ramiz Mirzəyev dövründə, digər qardaşın Mahir Süleymanov "İnter"də strateji post tuturdu. Sənə isə "Turan"da iş tapmışdılar. Niyə inkişaf etdirmədiniz futbolu, uşaq futbolunu? Nə işlər gördünüz? Hanı atdığınız addımlar və nəticələri?

Ardınca Məzahir Süleymanzadə dünənə qədər Bakı Futbol Federasiyasının başında idi, sən isə "Neftçi"də çalışdın. Çempionluqlar-filan, bunları bildik. Hanı yetişdirdiyiniz futbolçular? "Neftçi"nin alt yapısında uşaqların kartlarından maaş pulları çəkməkdən başqa, nə uğurunuz var?

Pul var idi, heyyət qurulmuşdu, əsas komanda oynayırdı. Əvəzedicilər, uşaq futbolunun vəziyyəti nə idi "Neftçi"də?

Yaxşı bunların hamısını qoyduq bir kənara. Oldu, qaldı geridə. Gələcəklə bağlı planların nədi? İki konsepsiya maddəsi açıqla, iki yenilik dilə gətir, biz də deyək ki, kişi bu işi bilir. Yoxsa, “futbolu furbolu bilənlərə verin” – şüarları yeni deyil axı, sən onları 2004-də də, 2007-də də, 2011-də də deyirdin. İşləyə-işləyə boş-boş danışmısan bu qədər vaxtda. Bunları keçirik, unuduruq. İki ədəd yeni fikir, yeni ideya de bizə, Tahir Süleymanov!

***
TOP-yekun, gənclər, gəlin qurtaraq bu köhnə tiplərlə. Bizə bunlardan fayda yoxdu. Yeni nəsl, yeni gənc nəsl! Rifah ancaq yenilikçilərdə, yeni simalardadı!

Fikirlərini bizimlə bölüş!