Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Zarafatsız zarafat…

Bir tərəfdə İngiltərə Futbol Federasiyasının prezidenti Qreq Klark, digər tərəfdə də Rövnəq Abdullayev…

Klark 6 il İngiltərə Futbol Liqasına rəhbərlik edib. Və bu təşkilata 3 divizionda çıxış edən 72 (!) klub daxildir. Rövnəq müəllimi də bilirsiz də… Hə, 8 komandalı çempionat, oyun alqı-satqısı, dağılan klublar və s.

Bir tərəfdə İngiltərə çempionu, digər tərəfdə Azərbaycan…

Bir tərəfdə “Mançester Yunayted”, “Mançester Siti”, “Arsenal”, “Liverpul”, “Tottenhem” kimi komandalarla oynayan klub, digər tərəfdə də “Sumqayıt”, “Kəpəz”, “Zirə”nin qənimi…

Bir tərəfdə 80 milyonluq futbolçu, digər tərəfdə 80 minlik…

Bir tərəfdə funt-sterlinq, digər tərəfdə manat…

Bəsdi, get yat…

Fikirlərini bizimlə bölüş!