“Zirə”də maliyyə böhranı – EKSKLÜZİV

1 minute
“Zirə”də maliyyə böhranı – EKSKLÜZİV — illüstrasiya

Cari mövsümdə istədiyi nəticələri əldə edə bilməyən “Zirə”də maddi problemlər yaşanır. Klub rəhbərliyi üç aydır ki, məvacibləri ödəyə bilmir. Əsas komandanın üzvlərindən tutmuş texniki əməkdaşlara kimi maaşlar verilməyib.

Futbolçular bu durumdan artıq beziblər, dəfələrlə narazılıqlarını baş məşqçi Rəşad Sadıqova çatdırıblar. Düşərgədəki bu cür vəziyyət komandanın əhval-ruhiyyəsinə böyük ölçüdə mənfi təsir edib. Bunun nəticəsidir ki, oyunçular “Sabah”a qarşı Azərbaycan Kubokunun finalına da istənilən kimi köklənə bilməyiblər.

Maliyyə böhranı “Zirə” ilə əməkdaşlıq edən xidmət sahələrini də çətin vəziyyətə salıb. Klub üzərinə götürdüyü öhdəlikləri vaxtında yerinə yetirə bilmir. 

“Zirə”də maliyyə böhranı – EKSKLÜZİV — illüstrasiya

Yazılarımız maraqlı gəlir?
Abunə ol, e-mailinə həftənin

ən maraqlı yazılarını seçib göndərək.

← Back

Your message has been sent

Şərhlər

Fikirlərini bizimlə bölüş!