0:4-ə rəğmən, rəzil olmadılar

0:4-ə rəğmən, rəzil olmadılar — illüstrasiya

Möcüzə baş vermədi, Azərbaycan çempionu İngiltərə nəhənginin təzyiqinə tab gətirə bilmədi. Çempionlar Liqasının 9 yaşlı debütant komandasının, bu turnirin 3 qat qalibi qarşısında şansı olmadığı gün kimi aydın idi.

Bəli, “Sabah” bacardığını etdi, di gəl ki rəqib ayrı səviyyənin yiyəsi idi. İki illik fasilədən sonra dünyanın ən nüfuzlu klub turnirinə qayıdan “Mançester Yunayted” doğma publika önündə təmsilçimizi rahat keçdi – 0:4.

Düzdü, Valdas Dambrauskasın yetirmələri əfsanəvi “Old Trafford”da yalnız kortəbii şəkildə müdafiə olunmurdu, əks-hücumlar qurmağa cəhd edirdi. Amma tarixə ÇL-də oynayan ilk ruandalı futbolçu kimi düşən Mikels və irəlidəki yoldaşları həmin gecə şanssız idilər.

Hələ fasiləyədək rahat 3 qol vuran “qırmızı şeytanlar” oyunun taleyini həll etmiş oldu. “Bayquşlar” isə böyükhesablı məğlubiyyətə və heç cür təsəlli qolunu vurmamaqlarına rəğmən, dünya şöhrətli rəqib önündə əzilmədi, oyun intizamını sonadək qorumağa çalışdılar.

Bəzi reallıqlar var ki, dəyişməz qalır. Nəzərdən qaçıra bilmərik. Məsələn, rəqibi bazar günü nəfəskəsən Mançester derbisi gözlədiyi halda, “Sabah” ertəsi gün boş tribunalar önündə “Şəfa”ya qarşı meydana çıxmalı olacaq…

İstənilən halda, komandamızın ÇL-də növbəti oyunları üçün ümidliyik. Xal və xallar qazanaraq, futbolsevərlərimizi sevindirəcəyinə inanırıq. “Bayquşların” uğurlu gecələri qabaqdadı!

0:4-ə rəğmən, rəzil olmadılar — illüstrasiya

Yazılarımız maraqlı gəlir?
Abunə ol, e-mailinə həftənin

ən maraqlı yazılarını seçib göndərək.

← Back

Your message has been sent

Şərhlər

Fikirlərini bizimlə bölüş!