Acgöz kahin

Acgöz kahin — illüstrasiya

“İmişli” Qurban bayramı münasibətilə bir sıra veteran futbolçuya bayram sovqatı verib. Onların arasında hazırda AFFA Hakimlər Komitəsinin üzvü olan Asim Xudiyev də var.

Asim müəllim Premyer Liqaya hakim-inspektorları təyin edib onları qiymətləndirməklə yanaşı, bəzən özünə də təyinat yazaraq hakimləri qiymətləndirir.

Ona görə də onun futbol klubundan sovqat qəbul etməsi etik deyil. Bu, AFFA Hakimlər Komitəsi adına çox ciddi qəbahətdir. İkincisi isə odur ki, onun belə bir sovqata ehtiyacı yoxdur.

Asim Xudiyev futbolçu, hakim və hakim-inspektor kimi beynəlxalq oyunlara təyinat alıb. 50 ildən artıqdır fasiləsiz fəaliyyət göstərir. Qadın futbolunda belə çalışıb. Keçən il ölkə prezidentinin fərdi təqaüdünə layiq görülüb, 69 yaşında Hakimlər Komitəsində vəzifə alıb və s.

Fotonu görəndə qeyri-ixtiyari “Yusif Peyğəmbər” filmindəki acgöz baş kahin obrazı yadıma düşdü.

Xudiyev hakim kimi də xarakterli fiqur olmayıb. 2001-ci ildə UEFA Kubokunda baş hakim kimi təyinat aldığı “Osiyek” (Xorvatiya) – “Dinaburq” (Latviya) oyununda 4-cü hakim Xəqani Məmmədovun qonaqların heç-heçə üçün 15 dənə verdiyini çatdırdığı dialoq canlı yayım zamanı efirə getmişdi. Bu da onun rüşvət məsələlərinə meyilli olması ilə bağlı şübhələr yaradır. Çünki Xəqani Məmmədov belə bir təklifi rahat şəkildə səsləndirirdisə, deməli, müəyyən arxayınlıq var idi. Əks halda, həmin hadisədən sonra hakimlikdə ya özü qalmalı idi, ya da Xəqani Məmmədov.

Ümumiyyətlə, UEFA-nın belə şəxslərə oyun təyinatı verməsi də ayrıca müzakirə mövzusudur.

Bu arada bir məqamı da müşahidə etmişəm. Asim Xudiyev AFFA Hakimlər Komitəsində Vüsal Əliyevin yerinə gəldikdən sonra Vüsal Əliyev bir dəfə də olsun hakim-inspektor kimi təyinat almayıb.


Yazılarımız maraqlı gəlir?
Abunə ol, e-mailinə həftənin

ən maraqlı yazılarını seçib göndərək.

← Back

Your message has been sent

Şərhlər

Fikirlərini bizimlə bölüş!