Adil Vəliyev “Kəpəz”dən getdi – EKSKLÜZİV

1 minute
Adil Vəliyev “Kəpəz”dən getdi – EKSKLÜZİV — illüstrasiya

Ötən mövsümün əvvəlində “Kəpəz”də İdarə Heyətinin sədri təyin edilən və gəncəli azarkeşlərin böyük ümidlər bəslədiyi Adil Vəliyev klubdan ayrılıb. Biznes ortağı olan Adnan Əhmədzadə DTX tərəfindən həbs ediləndən sonra kölgəyə çəkilən Vəliyev bir müddət öncə AFFA-da olaraq klubla bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilmədiyini etiraf edib. Qurum rəhbərliyi ilə görüşdə mövsümün sonunda könüllü olaraq klubu təhvil verəcəyini bildirib.

Xatırladaq ki, ötən ilin may ayından başlayaraq “Kəpəz”də idarəçilik böhranı yaşanır. Əldən-ələ keçən klubda əsas söz sahibinin kim olduğu bilinmir. Üzdə olan simalar kimi İdarə Heyətinin üzvləri Fərman Əlizadə və Erkin İbrahimov əsas komandanın durumuna görə azarkeşlər tərəfindən davamlı tənqid olunur.

Adil Vəliyev “Kəpəz”dən getdi – EKSKLÜZİV — illüstrasiya

Yazılarımız maraqlı gəlir?
Abunə ol, e-mailinə həftənin

ən maraqlı yazılarını seçib göndərək.

← Back

Your message has been sent

Şərhlər

Fikirlərini bizimlə bölüş!