Azərbaycan millisi mayın 27-də ABŞ-la qarşılaşacaq. Əslində, bu qarşılaşmanın biz yox, dünya çempionatına hazırlaşan rəqib yığma üşün əhəmiyyəti var. Ancaq buna baxmayaraq, AFFA millini uyğun olmayan vaxtda ABŞ-a aparacaq.
Məsələ burasındadı ki, milli amerikanlarla qarşılaşmaya səhər saat 8-də, dan yeri söküləndə çıxacaq. Təbii ki, heç vax belə rejimə öyrəşməyən futbolçular üçün səhər saat 8-də meydana çıxmaq, sağlamlıq baxımından da təhlükəlidi. Gözləmək olardı ki, AFFA millini belə təhlükəyə sırf kommersiya maraqlarına görə atır. Ola bilsin ki, Azərbaycan millisinin bütün xərclərini ABŞ tərəfi öz üzərinə götürüb və Azərbaycan tərəfinə də müəyyən miqdarda vəsait ödənilib. Bu yöndə araşdırma apararkən maraqlı məlumat əldə etdik.
AFFA-da yüksək vəzifədə çalışan, adının açıqlanmasını istəməyən şəxsin rekord.az-a verdiyi məlumata görə, bu oyun üçün bütün xərcləri AFFA çəkəcək. Mənbənin verdiyi məlumata görə, millinin uyğun olmayan vaxtda meydana çıxması üçün AFFA təxminən 1 milyon dollar sərf edəcək. Bu vəsaitin təxminən yarısı – 500 min dolların isə ABŞ millisinin baş məşqçisi, Foqtsun yetirməsi olan Yurgen Klinsmanın bank hesabına köçürüləcəyi bildirilir. Mənbənin dediyinə görə, Klinsmanla bu yöndə razılığı məhz bizim alman baş məşqçimiz əldə edib. Qalan 500 min dollar isə ABŞ-da havaya sovrulacaq. Belə ki, “rejimə uyğunlaşma” bəhanəsilə millinin ABŞ-a 4 gün əvvəl getməsi planlaşdırılır. Orda keçiriləcək 4 günlük təlim-məşq prosesi zamanı AFFA rəhbərliyi təxminən 500 min dollar xərcləməyi planlaşdırıb.
Məsələyə AFFA rəhbərliyinin də münasibətini öyrəndik. Qurumun mətbuat katibi Mikayıl Nərimanoğlu xəbərə yalnız bir cümlə cavab verdi: “Bizdə bu oyunla bağlı belə məlumat yoxdu”.




Fikirlərini bizimlə bölüş!