Azərbaycan millisinin üzvü Pərdis Fərcad-Azadın adı şok qalmaqalla gündəmə gəlib. Bu yaxınlarda “Sumqayıt”ı “İnter”ə dəyişən hücumçu Vətəni Almaniyada zorlamada günahlandırılır.
Belə ki, almaniyalı model Gina-Liza Lohfinksin hələ 4 il öncə bununla bağlı Berlin məhkəməsinə müraciət etdiyi məlum olub. 30 yaşlı aktrisa şikayətində 2 nəfərin onu zorladığını bildirib. Həmin şəxslərdən biri kimi isə məhz Pərdis Fərcad-Azadın adını qeyd edib.
Hadisə 2012-ci ilin iyununda baş verib. Gina-Liza Pərdis və Sebastian adlı digər şəxslə Berlinin “Maksim” adlı gecə klubunda sekslə məşğul olub. Daha sonra bunu əks etdirən video-görüntü yayıldığından, model onları məhkəməyə verərək, zorlandığını iddia edib. Lohfinks Pərdis və Sebastianın 24 min avro təzminat verməli olduğunu bildirib. Onlar isə bununla razılaşmayaraq, apellyasiya şikayəti ediblər.
Həmin vaxtdan başlanılan araşdırma bu günə qədər davam etdirilib. Hadisə ilə bağlı dünən növbəti məhkəmə prosesi keçirilib.
Məhkəmədə çıxış edən Gina-Liza Lohfinks bunları deyib: “Videoda da görünür ki, istəyim olmadan bu işi ediblər, məni zorlayıblar. Həmin gecə içkili olmuşam. Baş verənlər məndən asılı olmayıb. İyrənc idi, ancaq donuzlar belə hərəkət edər. Xatırladığım qədərilə, evdən qaçmağa çalışdım. Daha sonra isə qışqırıb polisi çağırdım”.
Məhkəmə zalında almaniyalı modelin ürəyi gedib. Həkimlərin müdaxiləsindən sonra onu özünə gətirmək mümkün olub. Bununla əlaqədar, məhkəmə prosesi iyunun 6-dək təxirə salınıb. Hadisə ilə bağlı məhkəmənin yekun qərarı iyunun 27-də veriləcək
Qeyd edək ki, Pərdis ölkəmizə məhz haqqında danışılan hadisənin baş verdiyi ildə gəlib. Deyəsən, o, bu biabırçılıqdan qaçaraq, ölkəmizə sığınıb. “Sumqayıt” rəhbərliyi, eləcə də millinin qapılarının onun üzünə açan AFFA funksionerləri futbolçunun keçmişini araşdırmadan (onda hələ Fərcad-Azadın cinayət edib-etmədiyi də aydın deyildi) bəzəyən adama Azərbaycan pasportu verib.
Azərbaycanın beynəlxalq arenada şərəfini təmsil edən fars əsilli futbolçunun məlum qalmaqallı seks-videosu isə inidəyədək alman porno saytlarında açıq-aşkar yayınlanmaqda davam edir. Google-da modelin adıyla bağlı videoları axtarış verən kimi həmin çəkiliş ortaya çıxır…
Görüntülər və məhkəmə prosessindən iddiaçı xanımın öz xoşuyla Pərdiz və yoldaşıyla cinsi əlaqəyə girdiyi şübhə doğurmasa da, istənilən halda bu Azərbaycan idmanı üçün biabırçı haldı.
Xatırladaq ki, bu AFFA-nın Azərbaycan pasportuna heç bir dəyər verməməsi və ucdantutma, kimə gəldi vətəndaşlıq paylaması ilə bağlı ilk fiasko deyil. Bundan öncə qadın millimizinə cəlb edilən saysız-hesabsız futbolçulardan birinin qatı kürd separatçısı olduğu ortaya çıxmışdı. Ötən il isə əvəllər milllimizə cəlb edilmiş dağıstanlı Şamil Qurbanov erməni komandasına baxışa yollanmaqdan çəkinməmişdi….




Fikirlərini bizimlə bölüş!