Azərbaycan futbolu

Xəbərlər və təhlillər

AFFA, yatma: Eminə də milli formanı geydir!

Eddi İsrafilovla güclənən millimiz daha bir yüksək səviyyəli gənc futbolçunu tezliklə heyətinə qatmasa, günah olacaq. Bu təpədən-dırnağa əsl azərbaycanlı olduğunu hər fürsətdə nümayiş etdirən soydaşımız Emin Mahmudovdu.

Tanıyanlar yaxşı bilir ki, o, Vətənə, adət-ənənələrimizə çox bağlı şəxsdi. Rusiyada Azərbaycanı həm futbolçu, həm də adi bir vətəndaş qismində layiqlə təmsil edir. Emin sosial şəbəkədəki statuslarıyla sanki təkcə futbolçu bacarığıyla deyil, vətənpərvərlyi ilə də milli formanın dəyərini əksər futbolçularımızdan çox dərk etdiyini göstərir. O, son olaraq məşhur şairimiz Bəxtiyar Vahabzadənin Azərbaycan dili ilə bağlı ibrətamiz şeirini şəxsi profilindən paylaşıb.

İndiki vəziyyətdə AFFA-dakılar yatmasa, günahlarını yuya bilərlər. Bu istiqamətdə israrlı təmaslar davam etdirilsə, vaxtilə qeyri-peşəkarlıqları ucbatından millidən küsdürdükləri (faktiki qovduqları) gəncin könlünü almaq və ölkəmizin əsas komandasının formasını geydirmək elə də çətin olmayacaq.

Onun SOCAR-ın milyonlarına yox, sadəcə indiyədək Bakıdan görmədiyi diqqətə ehtiyacı var ki, Azərbaycan adına meydana çıxsın. Ən əsası Mahmudova milli formanı daşımağın şərəfini və dəyərini başa salmağa ehtiyac yoxdu. O, bunu Mahirlərdən, Elnurlardan, Arazlardan daha yaxşı bilir, heç şübhə etməyin!

Fikirlərini bizimlə bölüş!