Azərbaycan futbolu

Xəbərlər və təhlillər

“Atletiko” Xocalı faciəsini dünyaya tanıdacaq

İspaniyanın məşhur “Atletiko Madrid” klubunun oyunçuları “Osasun” və “Real Madrid” komandaları ilə keçirəcəkləri görüşlərdə 26 fevral Xocalı faciəsinin ildönümü ilə əlaqədar qara bilərzik və yaxalarına matəm lenti taxacaqlar.
Həmişə kimi üzərində ölkəmizin adı yazılmış köynəklər geyəcək (bəlli olduğu kimi klubun sponsoru SOCAR-dı) futbolçuların bu dəfə yaxalarındakı yazıya qara lent əlavə edəcək. Bu yolla Azərbaycan xalqının ağrısına şərik olmaq niyyətindədirlər.
Klubun Türkiyədən olan legioneri Arda Turan və daha bir neçə superulduzu Xocalı soyqırımını pisləyən və dünyada sülhü dəstəkləyən videoroliklər də hazırlamışlar. Həmin videoroliklər klubun saytında yerləşdiriləcəkdir.

Fikirlərini bizimlə bölüş!