Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Ermənilər “Atletiko”nu boykot edir

İspaniyanın “Atletiko” klubunun matçları Ermənistanda yayımlanmayacaq. Ermənistan tərəfi “Atletiko”nun Xocalı soyqırımı ərəfəsində oyunlara qara sarğı ilə çıxması qərarından sonra bu addımı atıb. Ermənistanda “Atletiko” komandasının yayım hüququna malik olan yerli ATV kanalı rəhbərliyi klubun matçlarını yayımlamamağı qərar verib.

Qeyd edək ki, Ermənistan ATV kanalı sabah baş tutacaq “Osasuna” – “Atletiko” matçını canlı yayımlamağı planlaşdırsa da fikrindən daşınıb.

Xatırladaq ki, “Atletiko” klubu futbolçuları Xocalı soyqırımının ildönümü ərəfəsində keçirəcəkləri matçlara qollarında qara sarğı ilə çıxmağa qərar veriblər. Başda türk Arda Turan olmaqla bir neçə futbolçunun Xocalı soyqırımını pisləyən videoçarxı isə klubun rəsmi saytına yerləşdiriləcək.

Fikirlərini bizimlə bölüş!