,

Azərbaycanda futbol olmağa məcburdumu?

1 minute

Ha fırladırsan, alınmır. Dünyanın bugünə ən zəif 2-3 yığmasından biri, heyətində futbolu peşə olaraq yox, məşğuliyyət kimi oynayan insanlar da var. Və sən bu yığmaya 2 il sonra ilk rəsmi xalı hədiyyə edirsən, özü də evdə.

Açığı Azərbaycanda futbol olmağa məcbur deyil. Güya tarixən nə oynamışıq ki, indi də nəyəsə iddia edək. SSRİ-ni avrokuboklarda 17 klub təmsil edib. “Ararat”ı da, “Jalqiris”i də. Tiflis və Minsk “Dinamo”sundan, ukraynalılardan və ruslardan danışmıram da… “Neftçi” isə bunu xəyal edibmi onu belə bilmirəm.

Bizdə futbol yoxdu, olmamağı dərd olmazdı da. Amma xalqın boğazından 1 milyarda yaxın manat pulu kəsib “Futbolun inkişafı” adı altında basıb yeməsəydilər… Bugünkü faciə 10-15 il əvvəlki acgözlüyün və yarıtmazlığın nəticəsidir.

Bir başı papaqlı çıxıb son 20 ildə futbolda baş verənləri araşdırıb başda Elxançik olmaqla cibini dolduranları məhkəməyə cəlb eləyəydi kaş.

Nə Ayxan, nə Caqa, nə Ravşan muallim günahkar deyillər. Onlar 8-10 il sonrakı faciələrə görə məsul olacaq. Açığı Fərəcullayev FIFA-nın geydirmə turnurində biabırçı oyunla əldə olunan kuboku “oleey, oleey” eləyib uşaq kimi bayram eləməsəydi, onunla ümumiyyətlə işim olmazdı.

Amma belə baxıram indi 15-16 yaşı olan uşaqlar da 2035-də San-Marinoyla heç-heçədən sonra utana-utana müsahibə versin istəmiriksə, futbolu adam kimi idarə etmək və idarə edənləri hesabata cəlb etmək lazımdır.


Yazılarımız maraqlı gəlir?
Abunə ol, e-mailinə həftənin

ən maraqlı yazılarını seçib göndərək.

← Back

Your message has been sent

Şərhlər

Fikirlərini bizimlə bölüş!