10 turdan sonra "Kəpəz" lider "Neftçi"dən cəmi 4 xal, son çempion "Sabah"dan 3 xal geri qalır. Hələ ehtiyatda 1 oyun var.
Nağıl kimi bir mövsüm…
Əminəm ki, "Kəpəz" nağılından narazı qalan çox az adam tapılar. Tərəfli-tərəfsiz hər kəs bu komandaya hazırda rəğbət bəsləyir.
Xüsusilə ev oyunlarında. Şübhəsiz, Azər Məmmədov əla komanda formalaşdırıb. Əməyi danılmazdı. Ancaq azarkeş amilini görməzdən gəlmək olmaz.
Gəncəlilər uzun illərdi "bizdə ancaq gəncəli işləyə bilər" deyəndə inanmırdız ) Bu da sübutu. Təbii ki, bu bir zarafatdı.
Real baxsaq, uzun müddət belə duruş gətirmək, hazırkı mövqedə qalmaq mümkün deyil.
Nə gizlədim, şəxsən mənim bitməsini istəmədiyim nağıldır.
Ənənəsi, azarkeşi, yurdu-yuvası, kimliyi olan kluba sayğımız sonsuzdur.



Fikirlərini bizimlə bölüş!