Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Benzin qurtaranda…

"Biz sübut elədik ki, "Neftçi"yə yeni transfer lazım deyil. "Neftçi" hazır maşındı, benzini-ni tök, sür getsin!" – bu fikirləri Böyükağa Hacıyev "Simurq" üzərində böyükhesablı qələbə-dən sonrakı mətbuat konfransında səsləndirmişdi.

Məntiqlə düşünsək, komanda maşın deyil, ayrı-ayrı futbolçulardan qurulan kollektivdi. Amma hamımıza məlumdu ki, Hacıyev heç də bu məntiqi nəzərdə tutmurdu. Təxminən eyni tipli açıqlamaları çalışdırıcının dilindən Antalyada Qazaxıstan çempionatının sonuncu mövsümünü 7-ci yerdə bitirmiş "Tobol"u 4:2 hesa-bıyla məğlub edəndən sonra da eşitmişdik.

Hər iki oyun "Neftçi" üçün uğurlu nəticələnmiş-di, kefi kök, damağı çağ olan Böyükağa bəy bu sözləri elə-belə havaya tullamırdı. Axı yanva-rın ilk günlərində "Neftçi"nin baş məşqçisi postundan istefa verən Nazim Süleymanov məhz komandaya yeni transferlərin edilməməsinə görə narazılığını bildirmiş, əlinin altında-kı heyətlə böyük hədəflərə çatacağına inanmadığını söyləmişdi.

Yeni oyunçularla heyəti gücləndirmək istəyi, eləcə də məşqçilər korpusunda köklü dəyişikliklər etmək arzusu klub rəhbərliyi tərəfindən rədd edildiyindən Süleymanov istefa verdi. "Simurq"la oyunda hər şey "Neftçi" üçün yaxşı qurtardı. Lənkəranda isə xal itkisi matçın hakimi Rəhim Həsənovun ayağına yazıldı.

Halbuki Kardosoyla Bertuççi məhz "Xəzər Lənkəran" hesabı bərabərləşdirdikdən sonra meydandan qovulmuşdu. Tərlan Quliyevin qırmızı vərəqə almasından sonra "ağ-qaralar"ın azlıqda qalması isə bəhanədən başqa bir şey deyil. Guya "Neftçi" özü 10 nəfərlə az qələbə qazanıb ki?

"Ağ-qaralar"ın ötən tur "quru" hesabla yenildiyi "Bakı"yla 13-cü turda baş tutan oyunda Saşa Stamenkoviç birinci hissənin ortalarında komandasını azlıqda qoymuşdu. Buna baxmayaraq, "Neftçi" qələbəni əldən verməmişdi.

Əlbəttə, hər bir oyunun özünə uyğun xarakteri var, bu səbəbdən müqayisələrlə başınızı çox da ağrıtmayım. Əvəzində Böyükağa bəyin şənbə günü "Bakı"ya yenilgidən sonra dediklərini xatırlayaq:

"Platye əlinə düşən fürsətlərdən istifadə etsəydi, hər şey başqa cür olardı. Neyləyək ki, artıq Kanalesimiz yoxdu. Nasimova 30 dəqiqə şans verdim, amma o heç nə ilə yadda qal-madı". "Tarixi-Nadir" kitabını yarıya qədər oxumuş biri kimi Hacıyevin sözlərini incələ-məyə çalışdım. Dərhal da barmağımı dişlədim. Olmaya Böyükağa bəy əlinin altında səviy-yəli hücumçunun yoxluğundan şikayətlənir? Bəs deyirdilər ki, Platye Avropa səviyyəli hücumçudu, azərbaycanlı məşqçilər ondan düzgün yararlana bilmir.

"Bakı"yla oyunda Rəşad Sadiqov çalışdırıcıdan israrla Platyeni meydandan çıxarmağı tələb edirmiş. Dərhal da Ha-cıyev kapitanın tələbini yerinə yetirib. Çünki Sadiqovun xətrinə dəyməyin yaxşı nəticələn-məyəcəyini "Şkenderbü" ilə oyunlardan sonra yaxşı yadında saxlayıb. Böyükağa bəy özü də etiraf edir ki, Nasimov meydanda olduğu yarım saat ərzində bir dəfə də təhlükəli nəsə edə bilmədi. Əcəba, Platye meydanda sona qədər qalsaydı, daha bir qol vəziyyəti yaradıb fərqlənə bilərdimi? Sözüm onda deyil. Onsuz da "Neftçi"nin dərdinə Aqil Məmmədovun qoruduğu qapıya vurulacaq bir qol belə əlac etməzdi.

"Zolaqlılar"ın haqlı qələbə qazandığına etiraz etmək üçün heç bir əsas yoxdu. "Xəzər Lənkə-ran"la oyunda qırmızı vərəqə alıb cəzalanan futbolçuların hamısı müdafiəçi idi. Hanı bu komandanın qol vuran ayağı? Hücumçulara ki qırmızı vərəqə göstərən olmayıb. Statistikanı qarşınıza qoyun, bu mövsüm "Neftçi"nin rəqib qapılarından keçirdiyi topların neçəsində hü-cumçuların imzasının olduğunu hesablayın. Məgər biz aylardan bəri "Neftçi"nin heyətində-ki problemlərdən bəhs edərkən təkcə öz fantaziyalarımızı qələmə alırdıq? "Görünən dağa bə-lədçi lazım olmaz" deyib atalarımız. Biz də öz mülahizələrimizi meydanda gördüklərimiz və komandanın qazandığı nəticələr üzərindən irəli sürürük.

"Xalq komandası" xalqa orta barmağını göstərən Mahir Şükürovu o qədər əzizləyir ki, elə bil o "Neftçi"dən getsə, ertəsi gün komanda dağılacaq, premyer-liqa "Neftçi"siz qalacaq. Yeri gəl-mişkən, "Neftçi" rəhbərliyi inadla ispaniyalı fiziki hazırlıq üzrə məşqçinin fitri iste-dadından danışırdı. Ardıcıl iki turdu "Neftçi" məhz oyunun sonlarında rəqibdən aşkar zə-if görünməyə başlayır. Bu nəyin əlamətidi?

Yoxsa "ağ-qaralar"ın fiziki hazırlığı da qayda-sında deyil? Hakimlər üzərində yaradılan süni ajiotajın "bəhrəsi" də özünü göstərməkdədi. Denis Silvaya rəhm edib ikinci sarı vərəqəni cibindən çıxarmayan Əliyar Ağayev "Bakı"nın sürətli oyun təklifinə kobudluq və vaxtı uzatmaqla cavab verən "Neftçi"yə sərt üzünü göstərmirdi. Adamın Ağayevi qınamağa dili də gəlmir. Gənc referi yaxşı bilirdi ki, azacıq mübahisə doğuran qərarı belə Tahir Süleymanovun yeni bəyanatına, "Neftçi" operatorlarının lentə aldığı yeni filmin ssenarisinə səbəb olacaq.

"Bakı"yla oyun bir daha sübut etdi ki, "ağ-qaralar"ın hakim səhvləriylə bağlı iddiaları əsassızdı. Hakim bir oyunda sizin xeyrinizə səhv edir, növbəti oyunda rəqibin. Belə bəhanələrlə özünüzü yormayın, əzizlərim. "Neftçi"nin benzini qurtarıb. Belə maşın isə yeni benzin tökülənə qədər yerindən tərpənməz. Təbii ki, yedəyə almanı və arxadan təkan verməyi nəzərə almasaq…

Fikirlərini bizimlə bölüş!