Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Böhran başlayıb?!

Son bir neçə gündə futbol funksionerlərinin dilindən səslənən iki açıqlama diqqətimi çək-di. Birinin sahibi AFFA prezidenti Rövnəq Abdullayevdi, digərinin isə "Neftçi"nin sözçüsü Gündüz Abbaszadə. Təəccüblənməyin. Deyəcəksiz ki, biri lap böyük adamdı, futbolumuzda baş verən bütün proseslərin nəzarətçisi və idarəçisidi. O birisi isə sinəsini "Neftçi"yə yönələn tənqidlərə sipər edən, "ağ-qaralar"ın nöqsanlarını ört-basdır etmək üçün hər əza-ba qatlaşan keçmiş həmkarımız. Bu mənada Abbaszadəylə Abdullayevi tərəzinin eyni gözünə qoymaq mümkün deyil. Amma həqiqət, kimin dilindən səslənməsindən asılı olmayaraq, elə həqiqətdi.

Arif adamlar həmin həqiqəti tapıb, özləri üçün nəticə çıxarmalıdılar. AFFA prezidenti-nin sözlərinə diqqət yetirməzdən əvvəl bir vacib məqamı xatırladım. Hər kəsə məlumdu ki, son vaxtlar Abdullayev futbola ayırmağa zaman tapmır. Onu nə "Qarabağ"a qızıl medallar təqdim ediləndə gördük, nə də ölkə kubokunun finalında. Prinsipcə dövlətin neft siyasəti-nin əsas fiqurlarından birinin vaxt azlığından şikayətlənməsi başadüşüləndi. Bununla belə, o əvvəllər bu cür futbol tədbirlərinə qatılmaq üçün vaxt tapırdı. Hətta bəzən tədbir-lərin gününün və saatının Rövnəq bəyin qrafikinə uyğunlaşdırılmasına da şahid olmuşuq. Digər yandan, nəzərə alaq ki, ölkə kubokunun finalı axşam saatlarında baş tutdu və həmin ərəfədə hansısa mühüm rəsmi dövlət tədbirinin keçirilməsi haqda məlumat yayılmamışdı. Nə oldu birdən-birə?

Yoxsa AFFA prezidentinin futbola marağı azalıb və cənab Adbul-layev əvvəlki illərdə oluğu kimi vaxt sərf edib stadionlara gəlməyə, futbol camiəsi ara-sında görünməyə can atmır? Ötən mövsüm kubokun finalında başverənlərin Rövnəq bəyə pis təsir etdiyi şübhə doğurmur. Bəlkə də həmin hadisələri özünə hörmətsizlik kimi qə-bul edən Abdullayev oxşar vəziyyətə düşməmək üçün futboldan üz çevirib. İş ondadı ki, azalan təkcə AFFA prezidentinin futbola marağı deyil. Ölkə futboluna maliyyə axınının azaldığı və klubların maddi cəhətdən əziyyət çəkdiyi faktını artıq gizlətmək mümkün de-yil.

"Neftçi"nin qışdan bəri pulsuz qaldığını, futbolçuların mükafat, digər əməkdaşların isə maaş üzü görmədiyini çoxdan eşitmişik. Söhbət təkcə bilavasitə neft pullarından "qida-lanan" "ağ-qaralar"dan getmir. Hafiz Məmmədovun "Bakı"ya dəstəyi azaltması, futbolçula-rın 4 aydı maaş üzünə həsrət qalması da hamıya məlumdu. "İnter" də maddi imkanları məh-dud olduğundan ən vacib futbolçusu Vaqif Cavadovu əlindən buraxmağa razı oldu. Və ən nəha-yət, AFFA prezidentinin öz dilindən səslənən etiraf: "keyfiyyətli futbol oynayan komanda tapa bilmədiyimizdən elita iştirakçılarının sayını artırmadıq". Bu sözlərin mənası isə "elitada komanda saxlamaq üçün 2-3 milyon manatından keçməyə hazır olan heç kimi tapa bilmədik" deməkdi.

Halbuki bir neçə il əvvəl ölkə prezidentinin futbola diqqət və qayğısı-na dəstək vermək həvəsinə düşən oliqarxların, iş adamlarının, varlı məmurların sayı ye-tərincə idi. Nə oldusa, indi Azərbaycan futboluna yaxın duran yoxdu. Kimisi futbolda sağ-lam mühitin və ədalətli mübarizənin olduğuna inanmır, başqa birisi isə bu işdə iqtisadi baxımdan mənfəət, yaxud perspektiv görmür. Faktiki ölkə çempionatı iki-üç zəngin məmu-run öz aralarında keçirdikləri yarışa çevrilib. "Rəvan"ın birinci dvizion adlı "zirzə-mi"yə göndərilməsi, Hafiz Məmmədovun "Bakı"dan səxavətini azaltması yetərincə ciddi məqamlardı. Digər yandan rəsmi şəkildə elan olundu ki, "Neftçi" növbəti mövsüm üçün güc-lənməyəcək. Klub sözçüsü Gündüz bəydən sitat: "Neftçi" bu yay maksimum iki transferlə kifa-yətlənəcək!" Maksimum, yəni ola bilər ki, heç iki transfer də olmasın.

"Xalq komandası"nın hazırkı gücünə bələd olanlar isə komandada köklü islahatların aparılmasının, az qala hər mövqeyə yeni futbolçuların dəvət olunmasının vacibliyini yaxşı bilir. Ən azı mart-dan bəri hər uğursuzluqdan sonra Böyükağa Hacıyevin dilindən heyətdəki çatışmazlıqlar-la bağlı etiraflar səslənib. Məlum məsələdi ki, yerli gənclərə diqqət və bu kimi gəlişigö-zəl sözlər bəhanədən başqa bir şey deyil. Deməli, aylardan bəri pulsuzluqdan əziyyət çə-kən, yeni mövsüm başlamadan problemlərin həll olunacağına ümid edən "Neftçi" rəhbər-liyinin əli boşa çıxıb. Belədə "ağ-qaralar" sınıq-salxaq heyət və məhdud büdcəylə yola da-vam etməyə məcbur olunacaq.

Bir tərəfən AFFA prezidentinin davranış və etirafları, digər tərəfdən ölkə klublarının üzləşdiyi çətinliklər müəyyən nəticələr çıxarmağa əsas verir. Prosesləri dərindən incə-ləyəndən sonra "Azərbaycan futbolunda maddi böhran başlayıbmı" sualına birmənalı və nida işarəli təsdiq cavabı verməli olursan.

Fikirlərini bizimlə bölüş!