Azərbaycan futbolu

Xəbərlər və təhlillər

BOYDAN YUXARI TULLANMAQ

Azərbaycan yığmasının DÇ-2018-in seçmə mərhələsindəki rəqibləri bəlli oldu. Millimiz Almaniya, Çex Respublikası, Şimali İrlandiya, Norveç və San-Marino ilə bir qrupda yer alacaq.

Tarixdə ilk dəfə futbol üzrə cari dünya çempionu Azərbaycana gələcək. Buna qədər Almaniya yığması ilə 4 dəfə oynasaq da, bunların heç birində "Bundesmannşaft" çempion olmamışdı. Bundan əlavə, ikinci səbətdən Çexiya kimi maraqlı, amma nəhəng olmayan yığma var. Digər rəqiblər də "dişə görədir": son seçmə mərhələlər də göstərdi ki, Şimali İrlandiya və Norveçlə hər iki matçda vuruşmaq olar. San-Marino isə tək Avropanın deyil, dünyanın ən zəif yığmalarındandır.

Bu qrupda 3-cü yer uğrunda mübarizə aparmaq olar. Əgər boydan yuxarı tullanmaq alınsa, Çexiyaya da müqavimət göstərmək mümkündür. Yoxsa biz çox nikbinik?

Təqvim və reqlament

Robert Prosineçkinin komandası seçmə mərhələyə 2016-cı il sentyabr 4-də San-Marinoda start verəcək. Sonuncu turun qarşılaşması isə 2017-ci il oktyabrın 8-də Almaniyada baş tutacaq. Millimizin bütün komandalarla evdə və səfərdə görüşəcək. Reqlamentə əsasən 9 qrupda 1-ci yeri tutan kollektivlər birbaşa final mərhələsinə vəsiqə qazanır. İkinci yeri tutan 8 ən yaxşı komanda isə 9-11 və 12-14 noyabr tarixlərində keçiriləcək pley-off matçlarına yollanacaq.

Millimizin bütün oyunları

4 sentyabr 2016. San-Marino – Azərbaycan

8 oktyabr 2016. Azərbaycan – Norveç

11 oktyabr 2016. Çexiya – Azərbaycan

11 noyabr 2016. Ş.İrlandiya – Azərbaycan

26 mart 2017. Azərbaycan – Almaniya

10 iyun 2017. Azərbaycan – Ş.İrlandiya

1 sentyabr 2017. Norveç – Azərbayc an

4 sentyabr 2017. Azərbaycan – San-Marino

5 oktyabr 2017. Azərbaycan – Çexiya

8 oktyabr 2017. Almaniya – Azərbaycan

Rəqiblər

Azərbaycan yığması tarixində ilk dəfə San-Marino və Çexiya ilə eyni qrupda yer alacaq. “Cırtdan ölkə” təmsilçisi ilə millimiz indiyədək üz-üzə gəlməyib. Çexiya ilə yeganə matç isə 2009-cu il noyabrın 18-də BƏƏ toplanışı çərçivəsində baş tutub və millinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Almaniya, Norveç və Şimali İrlandiya ilə isə buna qədər iki dəfə müxtəlif turnirlərin seçmə mərhələlərində qarşılaşmışıq. Və bu oyunlarda cəmi 1 qələbəmiz var.

DÇ-1998. Norveç – Azərbaycan 5:0; Azərbaycan – Norveç 0:1

DÇ-2006. Azərbaycan – Ş.İrlandiya 0:0; Ş.İrlandiya – Azərbaycan 2:0

DÇ-2010. Azərbaycan – Almaniya 0:2; Almaniya – Azərbaycan 4:0

AÇ-2012. Almaniya – Azərbaycan 6:1; Azərbaycan – Almaniya 1:3

DÇ-2014. Ş.İrlandiya – Azərbaycan 1:1; Azərbaycan – Ş.İrlandiya 2:0

AÇ-2016. Azərbaycan – Norveç 0:1; Norveç – Azərbaycan 0:0

Fikirlərini bizimlə bölüş!