Cəbəllütariqə dua edərkən

Cəbəllütariqə dua edərkən — AFFA və Litva ilə oyun təhlili illüstrasiyası

Bu gün Litva ilə oyunda (1:0) AFFA-nın baş katibi Cahangir Fərəcullayev stadionda olsa da, federasiyanın prezidenti Rövşən Nəcəfi qarşılamayıb.

Əvəzində qələbənin sevincindən qalib yığmanın formasını alıb.

Millətlər Liqasında D Liqasının digər qrupunda Malta Andorranı məğlub edib.

Bu o deməkdir ki, biz Lixtenşteyni səfərdə udsaq belə Malta Cəbəllütariqlə matçda xal itirməsə, pley-offa Azərbaycan yox, Malta yüksələcək.

Rusların bir sözü var “Xoroşo smeyotsa tot, kto smeyotsa poslednim”.

Litva ilə oyundakı minimal hesablı qələbəyə sevinmək üçün ciddi əsas yoxdur.

Hər şey Maltanın öz əlindədir. Malta Cəbəllütariqi udur və pley-off şansı Azərbaycanın əlindən gedir.

Halbuki, qitənin ən zəif ölkələri ilə mübarizədə bu şansı qazanmaq Azərbaycan milli komandasının borcudu.

Ən azı ona görə ki, digər ölkələrdə futbola bizdə olan dövlət yardımının bəlkə də 1 faizi də yoxdur…

Hələlik, Cahangir müəllim son tura kimi sevinsin.

Biz də Cəbəllütariqə dua edək ki, Maltadan xal alsınlar.

Amma Azərbaycan pley-off şansını qaçırsa, Cahangir müəllim kirmişcə istefa verib getməlidir.

Ya da, bütün günahları növbəti mətbuat katibinin boynuna yıxıb, qazi-filan demədən media departamentini tam tərkibdə yeniləməli.

Çünki, onlar yaxşı işləsəydi milli komandamız Litvada heç-heçəyə oynayıb bəlkə də bir daha əlinə düşməyəcək şansı qaçırmazdı.

Bütün günah mətbuat katibində və media departamentidədi.

Cəbəllütariqə dua edərkən — AFFA və Litva ilə oyun təhlili illüstrasiyası

Yazılarımız maraqlı gəlir?
Abunə ol, e-mailinə həftənin

ən maraqlı yazılarını seçib göndərək.

← Back

Your message has been sent

Şərhlər

Fikirlərini bizimlə bölüş!