Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Cavidin gələcəyini məhv edən adam…

Bu şəkildə gördüyünüz oğlan Cavid İmamverdiyevdi. Ən pis halda Ukrayna Premyer Liqasının ortabab klublarında, Türkiyə Super Liqasında oynaya bilərdi. Lakin indi "Sumqayıt"da oynayır. Niyə? Bu işin niyəsini heç vaxt unutmayacağam, deyim ki, siz də unutmayın.

2013-cü ildə Cavid "Neftçi"də formasının pikinə çatmışdı. Həmin ilin əvvəlində biz Bakıya "Antalyaspor"un skautlarını dəvət etdik. "Neftçi" – "Qarabağ" matçını izləmişdik, bərabər… İmamverdiyevi seçsələr də, o vaxtkı baş məşqçi Məhmət Özdilək qərar verməkdə tərəddüd elədi, iş rəsmi müstəviyə çıxmadı.

Yayda isə artıq İmamverdiyevə daha konkret təklif təşkil etdik. Odessada yaşayan dostum Elsevər Paşayavin şəxsi inseativi sayəsində, Ukrayna Premyer Liqasında çıxış edən "Qoverla" yarımmüdafiəçini birbaşa müqaviləyə dəvət etdi.

Deməli, komandaya yenicə baş məşqçi təyin olunmuş Vyaçeslav Qroznı ilə sırf şəxsi münasibətlər hesabına bu transfer gündəmə gəlmişdi. Təcrübəli mütəxəssis sadəcə Elseverə söz vermişdi: "Komanda götürsəm, bir azərbaycanlı futbolçuya şans verəcəm".

Variantlar təklif etmişdik, Qroznı Cavidi seçmişdi. Bu futbolçu "Şaxtyor"un gələcək oyunçusudu, deyirdi. Liqanın ab-havasına alışsın, təcrübə toplasın, mən onu çox keçməz, Mirça Luçeskuya sataram.

Bəli dostlar, heç nə alınmadı. Danışıqları hamınızın sevimlisi Tahir Süleymanovla apardıq. "Qoverla"nın İmamverdiyevi birbaşa müqaviləyə dəvət etdiyi rəsmi məktubu ona göndərdim. Uzatdı-uzatdı, çeynədi və tüpürdü… Bu işin baş tutmaması üçün nə oyun mümkün idisə, elədi. Adını qoydu ki, Cavid istəmir, burada yaxşı qazanır. Gəl ki, futbolçunun məndə indiyə qədər mesajları durur. Necə istədiyinin bariz nümunəsi olan mesajlar. İstənilən platformada konkret İmamverdiyevin gələcəyini məhv edən adamın kimliyinə dair məhkəmə qurulsun, Süleymanovla bağlı faktları ortaya qoymağa hazıram.

Gah dedi ki, Sadıq Sadıqov istəmədi. Biz sonradan Sadığovun ümumiyyətlə bu işə etiraz etmədiyini öyrəndik. İkincisi, adamdan soruşarlar, sən əgər belə "Neftçi"də iş həll edən adam olmusansa, bu kimi faydalı məsələdə niyə ağırlığını qoymadın?

Bunu yazdım ki, unutmayasanız. Tahir Süleymanov gələcək, "Nefçi" xilas olacaq… bu nağılları qoyun bir kənara.

Bilin və agah olan, dostlar, bu tiplər ancaq öz mənfəətlərini güdüblər.
…Biz bu iş üçün əlimizdən gələni elədik. Ancaq Süleymanovun səyləri nəticəsində, "Qoverla" yarımmüdafiə xəttinə erməni futbolçu transfer etdi (Gegam Kadimyan). Cavidi isə bir müddət sonra – oyun stili baxımından heç vaxt oynaya bilməyəcəyi Kiyev "Dinamo"sunun ikinci komandasına baxışa yolladı, Tahir əkə. 🙂

Bir neçə il sonra məlum oldu ki, içində Tahir Süleymanovun olmadığı klubdan İmamverdiyev ölkə xaricinə gedə bilirmiş. Ancaq Türkiyənin 1-ci divizionuna, Ukrayna Premyer Liqasına yox.

Bu da Vyaçeslav Qroznının İmamverdiyevlə bağlı dedikləri: "Cavid İmamverdiyev qətiyyən "Dinamo" tərzdə futbolçu deyil. Siz "Dinamo"da oynayan bircə texnikalı futbolçunun adını çəkə bilərsiz? İmamverdiyev tam başqa tip oyunçudu. "Dinamo"nun fəlsəfəsinə ziddi. Onun yeri "Spartak" üslublu komandalardı. Ukraynada isə Cavidin komandası "Şaxtyor"du. Ordakı braziliyalılara qoşulub, çox şey edə bilərdi".

Fikirlərini bizimlə bölüş!