Bu “Kəpəz” o “Kəpəz” deyil

Çox təəssüflə deməliyəm ki, Kəpəz o deyil, yenə sürünməyə məhkumdu! (

Bəh-bəhlə gələn, böyük ümidlər bəslənən yeni rəhbərliyin diletant yığını olduğu zatən mövsüm başlamamış ortaya çıxmışdı. Futboldan uzaq olduqları qədər, Gəncə’dən də uzaq duran bu adamlarla ən yaxşı halda liqada qalmaq mümkündü. Oda ki, debütant ‘imişlilərin’, ‘karvanların’ daha bərbad komanda olacağına inansaq.

Bunların lap başdan hər qərarı fiasko idi; baş məşqçini dəyişmək, heyəti ağına-bozuna baxmadan silib-süpürmək, ancaq ‘öz futbolçularıyla’ tam yeniləmək, akademiyaya ögey münasibət, azarkeşlərlə kommunikasiyanı itirmək, Nadiri’ni saxlayıb, klubun əsas yükünü çəkən Azad kimi simvol kadrla vidalaşmaq, özlərini ‘Neftçi’nin farm-klubu kimi, şəhərə, klubun tarixinə tam ögey aparmaları…

Hansı zəkanın sahibi olasan ki, belə qısa müddətdə bunca səhvə yol verəsən?

‘Bismillah’ deməmiş, neçə qalmaqalla üzləşməlisən? İdarə heyətinin yeni sədrinin gəlməmiş, ətrafı ilə dalaşıb getməsi, forma məsələsi, hansını deyəsən? Vaxtilə bəyənmədiyimiz bağça müdiri Elmir Əliyev də bunlara baxanda toya gedəsiymiş.

Bəxtləri bircə onda gətirib ki, komanda Gəncə’də oynamır. Bakı’ya, Qəbələ’yə aparıb bir müddət dəvəquşu kimi başlarını yerdə gizlədə biləcəklər. Uzaqı mövsümün sonunda isə yüklərini götürüb, qaçacaqlar.

Görünür, ‘Kəpəz’ özümüz ona yiyə durmayınca, heç vaxt düzəlməyəcək.

Fikirlərini bizimlə bölüş!

E-poçt ünvanınız yayımlanmayacaq. * işarəli sahələr mütləqdir.