I Liqanın iştirakçısı olacaq “Gəncəbasar“ın baş məşqçisi məlum olub. Komandanı Elhad Nəziri çalışdıracaq. Millimizin sabiq oyunçusu ilə bir illik müqavilə imzalanacaq. B kateqoriyalı məşqçilik lisenziyasına malik gənc mütəxəssis “Səbail” və “Cəbrayıl” kimi klublarda işləyib.
Nəzirinin məşqçilər korpusuna daxil olacaq adlar tam müəyyənləşməsə də, onlardan biri bəllidi. Bu, Gəncə futbolunun yetirməsi, “Kəpəz”dən ayrıldıqdan sonra karyerası uğurlu alınmayan Tural Rzayevdir.


Fikirlərini bizimlə bölüş!