Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Əmircanovun məhəlləsi

İllərdi azərbaycanlı futbolçuların futbola qeyri-peşəkar münasibəti haqda yazırıq, danışı-rıq, müzakirələr aparırıq. Yox, oxucularım məni bağışlasın. Cümləni düzgün qurmadım. Bizim-kilər futbola qeyri-peşəkar münasibət bəsləmir, onların bacardıqları elə budu. Yəni peşəkar futbolçu olmağı bacarmırlar. Haqlı tənqidlərimiz, iradlarımız da ünvanına çatmır. Bir qism, ümumiyyətlə, yazıb-oxumağa həvəsli deyil, qəzet-sayt oxumur. Oxuyanlar da tənqidi görüb nəticə çıxarmaq əvəzinə, müəllifin qarasınca deyinir, ürəyi soyumasa, bir-iki dənə də yağlı söyüş ünvanlayır, vəssalam. Biz futbolçularımızı legioner həyatı yaşamağa, ölkə hüdudlarını tərk edib, Azərbaycan futbolunu xaricdə təmsil etməyə çağıranda onlar elə bilirlər ki, nəsə başqa məqsədimiz var. İ

İstəyirik ki, futbolçularımız evlərindən didərgin düşsünlər, burda rahat qa-zandıqları pullardan imtina etsinlər. Tərs kimi Ruslan Abışovun "Rubin"dəki karyerası uğurlu alınmadı. Belədə Azərbaycandan xaricə ancaq gəzməyə və millinin heyətində oynamağa getməyi arzulayan tənbəl futbolçuların da əlinə yeni bəhanə düşdü. İndi kimi dindirsən, deyəcək ki, "xaricdə bizimkilərə ögey münasibət var, əcnəbi çalışdırıcılar bizi ehtiyatda saxlayıb pas-ladacaq. Sonra da üstümüzə "yararsız" damğasını vurub, əli ətəyindən uzun geri göndərəcəklər."

Şəxsən mən inanıram ki, Abışovun başına gələnlərdə təkcə futbolçunun özü və Berdıyevi iste-faya göndərən klub rəsmiləri günahkar deyil. Ona qarşı soyuq münasibət xaricdə Azərbaycan futboluna olan baxışın təzahürüdü. İllərdi formalaşıb daşlaşan bu inamsızlığı dağıtmaq üçün çox çalışmaq lazımdı. Bəlkə də Ruslan zamanında inadkarlığından əl çəkib nisbətən zəif Rusiya klubunda, icarə əsasında olsa belə, özünü sınamağa çalışsaydı, vəziyyət indiki kimi mürəkkəb olmazdı. Sirr deyil ki, həmyerlimizi heyətində görmək istəyən ortabablar da var idi. Deməli, həm futbolçu, həm də onun menecerləri strategiyanı düzgün müəyyənləşdirə bil-mədilər. Qış fasiləsində klubunu dəyişdirən və meydanda özünü göstərməyi bacaran Abışov indi daha çox diqqət mərkəzində olar, başqa ciddi klubların təklifi ətrafında manevrlər edə bilərdi.

Yersiz inadkarlıq və lazımi təcrübənin olmaması qiymətli zaman itkisinə səbəb oldu. İnsafən, onun bu cür inadla legioner həyatını davam etdirmək istəməsi də alqışlanmalıdı. Az-çox istedada malik digər azərbaycanlı futbolçular da eyni həvəs və inadla ölkə sərhədlərini aşmağa çalışsaydı, indi bu cür acınacaqlı durumla üzləşməzdik. Fakt odu ki, hazırda azərbay-canlı futbolçu adı gələndə əcnəbi çalışdırıcılar və azarkeşlər üz-gözlərini turşudur. Onla-rın fikrincə, bizdə səviyyəsi legioner olmağa, hansısa əcnəbi komandanın heyətini güclən-dirməyə bacarığı çatan "top ustası" yoxdu. Bu acı reallığın formalaşmasında da bilavasitə elə futbolçuların özləri günahkardı. Aslan Kərimovun Rusiyadan necə qaçdığını unutmamışıq. Elə yaxın keçmişdə Vaqif Cavadov da "Volqa"dan kifayət qədər müəmmalı şəkildə ayrılıb, "Bakı"da rahatca pul qazanmağa üstünlük vermişdi. Belə olan halda, rusiyalı çalışdırıcılarda azər-baycanlı futbolçular haqda necə müsbət fikir oyansın axı? Bığlı-saqqalı kişilərin "ana uşa-ğı" psixologiyasından qurtula bilməməsi çox ciddi problemdi. Amma zaman göstərir ki, bu prob-lemin həlli getdikcə daha da çətinləşir.

İndiyə qədər bizimkilərin xaricə getməyə cəsarət etməməsini özümüzə dərd etmişdik. "İnter"i "Qəbələ"yə dəyişən Ruslan Əmircanovun son müsahibəsini oxuyub, ötən günlərimizə şükür et-dim. Məlum məsələdi ki, yeni mövsümdən legioner limitinin dəyişməsi yerli futbolçuların süni qiymət artımına təkan verib. Deyilənə görə, bu durumdan lazımınca yararlananlardan biri də sabiq "İnter"lidi. "Bankirlər"dən aldığı qəpik-quruşa qane olmayan Əmircanov pula pul demə-yən "Qəbələ" rəmsiləriylə əl sıxışıb. Amma görün Ruslan "Qəbələ"yə keçidinə necə izah verib: "Doğulduğum Mingəçevir şəhəri Qəbələdən o qədər də uzaq deyil. Ailə həyatı qurandan sonra Mingəçevirdə yaşamağı düşünürəm, burdan evə gedib-gəlmək rahat olacaq". Gəlin siz də mənə qo-şulun, bu günümüzə birlikdə şükür edək. Yoxsa gələcəkdə daha gülməli duruma düşə bilərik. Bi-zim futbolçular dağa tərəf getmirlər, dağı özlərinə tərəf çəkirlər. Bir neçə ildən sonra eşidə-cəksiz ki, hansısa azərbaycanlı futbolçu deyir: "Stadionu bizim məhəllədə tikin. Yollarda xərcləməyə zamanım yoxdu. Evdən həyətə düşüm, məşqimi edim, futbolumu oynayım. Kim bizim məhəllədə stadion tiksə, həmin komandaya keçirəm". Gülməlidi, deyilmi? Amma şəkk gətirmə-yin, bir də gördüz, beləsinə də rast gəldik.

Fikirlərini bizimlə bölüş!