Ermənidən erməninin fərqi

Erməni olan birinin ağdamlıdan xahiş etməsi… Sanki cinayətkar övladı qətlə yetirilən atadan aciz baxışlarla bağışlanılmasını xahiş edirdi. Tərəddüd içində idim. Ata-baba yurdumun talan edilməsi, körpə balalarımızın, qız-gəlinlərimizin şişdən keçirilməsi göz önündə canlandıqca, vahimələnir, sonuncu papirosun tüstüsünü də bu səbəbdən burnumdan gətirmişdim.

Uzun düşüncələrdən sonra “erməninin ağına da lənət, qarasına da” deyimini fikrimdən atıb, Svetlananın onlarla, yüzlərlə azərbaycanlını qətlə yetirən Zori Balayan, Monte Melkonyandan daha fərqli birinin olduğu qənaətinə gəldim. Erməni olsa da, heç bir günahı yox idi.

Keçmiş Qutqaşendə doğulan Svetlana, 30 il bundan öncə dünyaya göz açdığı Azərbaycanı tərk etmişdi. Müharibə və onun fəsadlarını lənətləyən bəstə boy erməni xanım üçün odlar yurdu birinci vətən idi. Məndən etdiyi xahişi yerinə yetirdikdə, “Qəbələ”nin formasını qoxulayıb, bağrına basdı. Hədiyyə üçün təşəkkürü də azərbaycanca bildirdi – “çox sağ ol”.

O, Krasnodarın mərkəzi küçəsi hesab edilən “Qırmızı meydan”da “Futbol+” qəzetinin əməkdaşı Sərxan Musalı ilə birgə şəhər sakinləri arasında sorğu keçirdiklərimizin içində “Qəbələ”nin qələbəsini istəyən yeganə şəxs, yeganə erməni idi. Hesabın 2:1 təmsilçimizin xeyirinə başa çatacağını bildirmişdi.

Ancaq təəssüf ki, 2 və 1-in yeri səhv düşdüı. Xalq şairi Qabil necə deyirdi? Səhv düşəndə yerimiz…

/Krasnodar

Fikirlərini bizimlə bölüş!

E-poçt ünvanınız yayımlanmayacaq. * işarəli sahələr mütləqdir.