"Qarabağ" üçün ilk məğlubiyyət də gəldi…
Kimsə deməsin ki, yenilənmə mərhələsi gedir. Elə bil bu söhbətin suyu çıxdı axı…
Cinah müdafiəçiləri Makreçkislə Lanqa cinahdan cərimə meydançasına bir normal ötürmə edə bilmirsə…
Cinah yarımmüdafiəçisi olan Kaşuk dişə batan bir keçidlə yadda qalmır, birə-bir oyunçu keçə bilmirsə…
Orta xəttdə yer alan Xadra, Rosa qapıya normal bir zərbə vura bilmirsə…
9 nömrə mövqeyində çıxış edən Savonun heç olmasa standart vəziyyətlərdə varlığı ilə yoxluğu bilinmirsə…
Bunun sistemə, yenilənmə mərhələsinə dəxli yoxdur. Son 3 görüşdə "Qarabağ" qol vura bilməyib. Sistemi bildik, vaxt lazımdır. Bəs fərdi olaraq kiminsə önə çıxıb, oyunu xilas edə bilməməsinə nə söz?
Təcili müdaxilə lazımdır. Qurban Qurbanov nələrisə dəyişməlidir.
Bu gedişlə bu mövsüm də əldən çıxmağa doğru gedir.
"Turan Tovuz"a isə yağlı 5! Cəmi 3 tur əvvəl Kurban Berdiyev istefanın həndəvərində kimi görünürdü.
Həmin adam qısa müddətdə "Zirə" və "Sabah"ın ardınca "Qarabağ"ı da mat edə bildi.
Dünənə qədər çempionluq söhbəti qeyri-ciddi səslənirdisə, artıq bu belə deyil. Tuneldə işıq görünür.
Xanoğlan İMANOV



Fikirlərini bizimlə bölüş!