Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Qanad döyüşü

Qanad döyüşü

Səviyyəli legioner başqadır da…

“Sabah” “Qarabağ” oyunu gözləntilərin əksinə bol qollu, çoxsaylı qol epizodları ilə yadda qalmadı.

Amma 90 dəqiqə ərzində amansız mübarizə izlədik. Hər iki tərəfdə qələbə istəyi ilə yanaşı, məğlubiyyət qorxusu da hiss olunurdu. Belədə nəticəni ədalətli hesab etmək olar (0:0).

Diqqətimi çəkən əsas məqam cinahlarda gedən amansız qarşıdurma oldu.

Qol epizodlarının az olmasında məhz cinah müdafiəçilərin birbaşa xidməti var.

Mateus Silva ilə Puxaç, Lanqa ilə Zedadka bir-birinin hücum potensialını minimuma endirməyi bacardı.

Qurban Qurbanovun bu oyunda Silvanı stoper yox, cinah müdafiəçisi kimi oynatması da Puxaçın qarşısını almağa hesablanmışdı. Bu gediş özünü doğrultdu.

Müasir futbolda cinah müdafiəçilərinin gördüyü iş çox önəmlidi. Onlar artıq yalnız müdafiə olunmur, hücumların qurulmasında birbaşa iştirak edir.

Düzdü, adıçəkilənlər bir-birinin hücumda aktiv olmasına mane oldu. Amma müdafiə olunmaqları da zövq verdi.

Özü də 4 müdafiəçi bir sarı vərəqə almadan bunu bacardı.

Sonuncu dəfə Azərbaycan çempionatının 1 oyununda belə səviyyəli 4 cinah müdafiəçisinin qarşıdurmasını nə vaxt izlədiyimi xatırlamırma. Bəlkə də heç olmayıb…

Fikirlərini bizimlə bölüş!