Şeş-qoşa lazım, istəmirik du-bir!!!
**
O "şeş-qoşa" isə bu gecə Lüksemburqda qazanılan qələbə olacaq. Hamıda bir ümid var ki, TARİXDƏ İLK DƏFƏ olaraq Azərbaycan klubu avrokuboklarda yaza çıxacaq, qrup səddini aşacaq. O ümid bu axşam Lüksemburqda ya çiçək açacaq, ya da çox pis sarsılacaq.
APOEL-ə evdə uduzub hamını "soyuq duş"a saldız, bir qəzadır, "keçmiş olsun" deyib ötdük, "Sevilya"dan evdə 3 cavabsız qol buraxdız, başa düşdük, səviyyə fərqidir, düşündük. Amma Lüksemburq klubu qarşısında bəraət yoxdur. Bilirik, Lüksemburq futbolu son illər yüksəlişdədir. 2-ci dəfədir qrupda oynayırlar, APOEL-i səfərdə udublar və s…
Amma siz də axı, "Qarabağ"sız. 6-cı ildir ardıcıl qrupda oynayan, qapısında İngiltərə premyer liqasından gələn Beqoviç, heyətində Zubir kimi "top sehrbazı", Riçard kimi "düşünən beyin", Qara və Maksim kimi fədakarlar olan "Qarabağ"! Heyf ki, bu axşam Xayme oynamayacaq. Amma Romerosuz da siz "Cülyetta"nı ələ keçirə bilərsiz.
Bu axşam meydanda "ölün", başınızdan, ayağınızdan keçin, amma qələbə qazanın! Bunu sizdən bütün Azərbaycan gözləyir! Bir də belə rahat qrup nə vaxt olacaq ki? Qırmayın, bu ümidi, peşimançılığını illərlə çəkəcək səhv etməyin. Qələbə, qələbə, yalnız qələbə!!!




Fikirlərini bizimlə bölüş!