Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Futbola lazım olmayıb “Neftçi”yə lazım olan adlar

Xəbər başlıqlarına baxıram…”Mahir Şükürsov Lənkəranda acığını şüşədən çıxdı”, “Mahir Şükürsov “Xəzər” azarkeşlərini təhqir etdi”, “Mahir Şükürov fanatlara barmaq göstərdi” və.s.
İndi də bu haqq şərh haqq-hesabı…

Eynisini bundan əvvəl Cavid İmamverdiyev eləmişdi. Yenə həmin klubun futbolçusu. Yenə Böyakağa Hacıyevin baş məşqçi olduğu dönəm…

Çox az futbol azarkeşi bu Hacıyevin o vaxtkı “Araz”ın baş məşqçisi olduğu dönəmdə Naxçıvana səfər oyununa gələn Kazbek Tuayevi döydürdüyünü xatırlayar…

Tahir Süleymanov da həmin vaxt hakimlik eləyirdi, səhv etmirəmsə.
Bu Mahir Şükürov kimə lazımdı?! Belə xatırlayıram ki, onu heç kimə lazım olmayan vaxtda “Neftçi” rənglərinə bağladı. Ümumiyyətlə “Neftçi”də futbola lazım olmayıb “Neftçi”yə lazım olan adlar çoxdu. Mahir Şükürov, Böyükağa Hacıyev, Tahir Süleymanov və.s.

Əmin olun, bir gün Azərbaycanda futbol gerçəkdən olmağa başlasa, indi “Neftçi”də olan xeyli ad tarixin qaranlığında itəcək.

Fikirlərini bizimlə bölüş!