“Kəpəz”in sponsorsuz günləri deyəsən sona çatmaq üzrədir. Şəhərdə fəaliyyət göstərən və “Ganja Park City” layihəsi üzrə tanınan tikinti şirkəti (MEMAR Properties) klubu himayəsinə götürmək istəyir. “Sumqayıt” ilə ev oyununda stadionun bilbordlarında şirkətin reklam videoçarxları nümayiş olunub.
Şirkətin rəhbəri Namiq adlı iş adamı matçı tribunadan izləyənlər arasında yer alıb. “Ganja Park City” əvvəlcə komandanın forma sponsoru olmaq istəyib. Amma stadiondakı izdihamdan, coşğudan ilhamlanan Namiq bəy “Kəpəz”in baş sponsoru olmaq sevdasına düşüb. Deyilənə görə, o, fikrini klubun hazırkı rəhbərliyinə və AFFA-ya bildirib. İndi qurumun buna necə reaksiya verəcəyi maraqla gözlənilir. Namiq bəy klubu tam olaraq əlinə almaq, özü şəxsən qərarverici adam olmaq istəyir.
“Ganja Park City” layihəsi çərçivəsində hazırda şəhərin Yeni Gəncə ərazisində binalar tikilir, böyük yaşayış massivi salınır. Şirkətin rəhbərliyi əslən gəncəlidir.
Şirkətin tanınmış iş adamı Emin Ağalarovla yaxınlığı barədə informasiya da var.
Mövzu üzrə digər yazılar: Gəncə futbolu dosyesi.


Fikirlərini bizimlə bölüş!