“Qarabağ” son anda vurduğu qolla Azərbaycan’a yenə fantastik bir futbol gecəsi yaşatdı. Qurban Qurbanov’un yetirmələri “Ayntraxt” (Frankfurt) üzərində 3:2 hesablı əzmkar qələbə qazandı, 11-ci cəhddə nəhayət birinci dəfə Almaniya klubunu yendi.
İsveçrə almanı olan hakimin uydurduğu penalti və qərəzi də futbolçularımızın göstərdiyi xarakter qarşısında aciz idi.
Ən vacibi isə ağdamlıların Çempionlar Liqası’nda Pley-Off mərhələsinə yüksəlmək şansı yüksəkdi. Son turda İngiltərə’də “Liverpul”la qarşılaşacaq qürurumuz, inanılmazı gerçəkləşdirməyə- ilk 24-lüyə düşməyə yaxındı.
Uzatma dəqiqələrdə topu qapıdan keçirən Bəhlul Mustafazadə isə həm də adını futbol tariximizə bir ilklə yazdırmağa nail oldu. Belə ki, Bəhlul Çempionlar Liqası tarixində qol vuran ilk Azərbaycan futbolçusudu. Ümumiyyətlə ÇL’də isə indiyədək qol vurmağı bacarmış 109-cu ölkə təmsilçisidi.
Turnirin tarixində bunadək azərbaycanlı futbolçulardan Ramiz Məmmədov (“Spartak” Moskva), Əli Daei (“Herta”) və Aleksandr Səmədov (“Spartak” Moskva) fərqlənib, amma onlar müstəqil ölkəmizi təmsil etməyib.




Fikirlərini bizimlə bölüş!