Azərbaycan futbolu

Xəbərlər və təhlillər

İnsan, island və azərbaycanlı

Vulkan püskürmələri altında yaşayan, əsas qida mənbəyi balıq olan islandların möcüzəsi!

Bilmirəm, "Vikinqlər" serialına baxanınız olub, ya yox. Seriala baxınca, islandlarda olan intizamın, döyüşkənliyin, sonadək mübarizə aparmaq ehtirasının hardan gəldiyini anlarsız.

Cəmi bir neçə il əvvəl Berti Foqtslu millimiz səfərdə İslandiya yığması ilə heç-heçə etmişdi. Onda biz islandları ciddi rəqib saymırdıq. Heç nə vaxtsa bu komandanın Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb, qrupdan çıxacağını, İngiltərə kimi nəhəngi diz çökdürəcəyini də düşünmürdük.

Bir ovuc insan və bu bir ovuc insanın yaratdığı möcüzə!

Kim deyirsə ki, futbol üçün ənənə, tarix mütləq olmalıdı, yalandı, inanmayın. İnanmırsız? Baxın bizim tarixi olan, başıqapazlı "Neftçi"yə. Baxın gələnin-gedənin qarşısında diz çökən millimizə.

Futbol üçün vicdanla çalışmaq, kişi kimi mübarizə aparmaq lazımdı. Bir ovuc islandiyalı ortaya dünyanı heyrətə gətirən 25-30 futbolçu çıxarır, 9 milyonluq Azərbaycan isə Qarabağı satan şərəfsizləri, avropalı deputatları pulla satın alan alçaqları, alverçiləri, xəstənin xəstə ayağı yerinə sağlam ayağını kəsən axmaqları, "moşenniklər"i… və bir də ayağı top tutmayan çolaq futbolçuları çıxarır.

Azərbaycanda futbolun inkişafına dair 10 illik dövlət proqramı qəbul olunmuşdu. O proqram çərçivəsində ortaya inək çıxdı, eşşək çıxdı, at çıxdı, bilmirəm, amma onu bilirəm ki, futbolçu çıxmadı.

Düzünü deyin, island olmaq istəməzdiz?

Fikirlərini bizimlə bölüş!