“Kəpəz” üçün tamam, yoxsa davam?

“Kəpəz” üçün tamam, yoxsa davam? — illüstrasiya

Turnir cədvəlinin istər yuxarı, istərsə də aşağı hissəsində mübarizə pik həddə çatıb. “Sabah”ın çempionluğu məlumdursa, avrokuboklara iddialı, eləcə də elitanı tərk edəcək, pley-off oynayacaq komandaların adı tam dəqiqləşməyib. Xüsüsən də, autsayderlər arasında intiriqa hələ bu qədər maraqlı olmamışdı. Sona dörd tur qalmış “Kəpəz”, “Qəbələ” və “Karvan-Yevlax” arasında amansız mübarizə gedir.

Əslində bu klublar arasında elitada birbaşa qalmaq yolunda “Kəpəz” bir müddət öncəyə qədər daha şanslı görünürdü. Amma ardıcıl əsas rəqiblərinə uduzan Gəncə təmsilçisi sanki relsdən çıxdı. “Sarı-göylər” dörd turdur ki, xal qazana bilmirlər. Vəziyyəti də bir xeyli qəlizləşdiriblər.

“Kəpəz” üçün qarşıda çətin həftələr gəlir. Komanda ardıcılllıqla “Sumqayıt”, “Sabah”, “Araz-Naxçıvan” və “Neftçi” ilə oynayacaq. Hazırkı vəziyyətə əsasən belə görünür ki, gəncəlilər üçün ən uyğun rəqib “Sumqayıt”dır. Bu kollektivə bir dəfə məğlub olub bir dəfə qalib gələn “Kəpəz” üçüncü qarşılaşmada evdə oynayacağı üçün üstün görünə bilər. Amma komandanın durumunda müsbət heç nə yoxdur. Turdan-tura zəifləyən Nizami yurdunun təmsilçisi xoşbəxt sonluğa ümid vermir. Əksinə, “Sumqayıt”ın son vaxtlar qələbələri sıralaması vurğulanmalıdı. Yəni “Kəpəz”də eniş, qarşı tərəfdə yüksəliş hiss olunur.

Büdcəsinə görə özündən iki pillə yuxarıda və aşağı olan klubları qabaqlayan “Kəpəz”in əvvəlki mövsümlərdən fərqli bu duruma düşməsi bərbad idarəçiliyin təzahürüdür. Elə bu rəhbərlik komandanın daxilini düzəltməkdənsə, kənar qüvvələrin dəstəyinə ümid bağlayaraq baş məşqçiyə əzələ nümayiş etdirir. Bu yolda hər cür “fədakarlığa” hazır görünürlər. Komanda bir ola bilmir. Azər Bağırovun zədələnmiş imicini düzəltmək, vəziyyəti öz xeyrinə dəyişmək üçün uğurlu nəticəyə, qələbəyə ehtiyacı var.

Azarkeşlər də kluba açıq mesaj verərək “Sumqayıt”a qarşı oyunun hadisələrin axarını müəyyənləşdirəcəyini bildiriblər. Gözləyək görək, ortada kim qalacaq…

Rakif ALIZADƏ 

“Kəpəz” üçün tamam, yoxsa davam? — illüstrasiya

Yazılarımız maraqlı gəlir?
Abunə ol, e-mailinə həftənin

ən maraqlı yazılarını seçib göndərək.

← Back

Your message has been sent

Şərhlər

Fikirlərini bizimlə bölüş!