Fərman Əlizadə və ətrafı baş məşqçini sıxışdırır
“Qarabağ”ı məğlub etməklə Ramazan və Novruz bayramı günlərində gəncəli azarkeşləri dünyanın 7-ci qatına qaldıran “Kəpəz”in baş məşqçisi Azər Bağırovun klubdakı gələcəyi sual altına düşüb. Ötən mövsümün sonunda olduğu kimi Fərman Əlizadə-Erkin İbrahimov cütlüyü yenə Bağırovla əməkdaşlığı dayandırmaq istəyirlər. Onlar Azər hocanın bir mövsümdə Ağdam klubunu iki dəfə məğlub etməklə Gəncədə nüfuzunun artırmasından olduqca məyus görünürlər. Bu da yaxın gələcəkdə klub rəhbərliyinin sonunu gətirə bilər. Son dövrlərdə Fərman Əlizadəyə yaxın adamların və “saray mediası”nın klubda Bağırova badalaq vurmağa çalışması bunun sübutudur. Məşqçinin işinin “xod” getdiyi vaxtda vizavisi barədə sifarişli yazı kimin əməlidi?
Əldə etdiyimiz məlumata görə, baş məşqçinin “şişməsi”ndən – halbuki tam buna layiqdir, narahat olan Əlizadə adamlarına hər məqamda Bağırova badalaq vurmağı tapşırıb. Bundan daha çox istifadə edən isə klubun lisenziyalaşdırma meneceri Səbinə Hənifəyevadır. “Kəpəz”də Fərman bəyin sevimli kadrına çevrilən xanım nəinki Azər Bağırovla, hətta onun qardaşı ilə yola getmir. Məşqçilər korpusunda yer alan Araz Bağırov bu günlərdə Səbinə xanımın qəzəbinə tuş gəlib. Hamının gözü qarşısında haqlı olmadığı məsələdə məşqçiyə hökm edən menecer eyni sifəti Azər bəyə də göstərib. Ağasından güc alan Hənifəyeva böyük Bağırova dişinin dibindən çıxanı deyib. Klubun icraçı direktoru Ruslan Məmmədov, menecer Fərid Heydərov da baş məşqçiyə qarşı çirkin kampaniyaya qoşulublar. Hər məqamda məşqçinin işinə müdaxilə edir, hər xırda detala görə onun əhvalını korlamağa çalışırlar.
İşin maraqlı tərəfi Azər Bağırovun klubda ona qarşı oyunların getdiyi və bunu Fərman Əlizadəyə şikayət edərkən eşitdiyi cavab olub. Əlizadə cənabları məşqçiyə “Sabişka” mənim qərarlarımı icra edir, ona qarşı çıxan mənə qarşıdı” deyib. “Qarabağ”ı fəth edən mütəxəssisin mükafatı beləmi olmalıdı? “Kəpəz”dən Erkin İbrahimov və Fərman Əlizadənin qurduğu planın tərkib hissəsi olaraq gözyaşları ilə ötən mövsüm ayrılan Azər Bağırovun elədiklərini nə tez unutduz? Bağırov məhz sizi azarkeşlərin qınağından qurtarıb qundağdan götürmədimi? Yoxsa, gündəyməz yeriniz yenə isti qucaq həvəsindədi?
Akif BAĞIROV


Fikirlərini bizimlə bölüş!