Azərbaycan futbolu

Xəbərlər və təhlillər

“Kəpəz” haqda rekviyem

Gecə verilən sədəqə Allahın qəzəbini söndürür. Sən gecə verilən bir sədəqənin nəticəsində yenidən can tapdın, Sənə verilən sədəqə ilə kimlərisə Allah qarşısında gözükölgəli olmaqdan xilas etdin. Sən o qədər acizsən ki, bir sədəqənin ümid işığı ilə yaşamağı özünə xəyanət bilmirsən, utanmırsan?!

Əslində, utanmırsan, utanacaq olan kəslərin utanmalı olduğunu düşünürsən. Səhv və ya düzgün yolda olduğunu belə anlamırsan, anlamağa çalışmırsan. Anlamağa çalışsan da, vicdanının səsinə qulaq asmağı özünə rəva bilirsən.

Vicdan?! Axı Sən vicdan əzabı ilə qovrulmağı, vicdansızlar qarşısında sinəni necə sipər etdiyini yaxşı bilirsən. Bəs Səni bu qədər kimlərinsə qarşısında boyunuaşağı edən, gözükölgəli edən nədi? Özünün da cavabı yoxdur. Çünki Sənin istiqamətin yoxdu. İstiqaməti tapmaq qabiliyyəti, o yolla yürümək bacarığı ağıllı, zəkalı insanlara məxsusdur. …

Sən ki insan deyilsən… Sənin var olmağın onların yox olmağını əngəlləyir, anlamırsan. Sən çirkab suları özündə hopdurub, təmizliyini onlara aşılayansan. Sən bizim qaranlığımızı hamıdan öncə görənimizsən, qaranlığımızın özüsən, aydınlığımızın mənisən. Hər zaman özümüzü mən(lər)indən üstün tutanımızsan, ironiyalarımızın simvolusan, aydınlığı bizə sarı gətirənimizsən…

…Sən "Kəpəz"sən! Sən, başının üstündə qanad açıb uçan, sonra da qanadlarını yuman, sənə qanad çırpıb, quyruq bulayan çaqqalları da görmürsən? Sənin adın zirvədir, Sənin adın keçmişdi – gətirmə bizə keçmişində olan acı sözlərdən xatirələri, ağrı-acı ilə yığılan çələngi. Gətirmə bizə soyuq baxışları, o baxışlarda gizlənən mənasız düşüncələri. Daha alışa bilmərik sevgisiz danışıqlarına, bizə sevgi ilə baxıb, içində qüssə olana…

Gərək sənə gəlmə deyək?! Səssiz-səmirsiz, ürəksiz sevgisiz – gəlmə bu çirkablığa. Adına çox donlar geyindiriləcək, libasını rəngini dəyişəcək. Səni belə görmək çox ağırdır… … Sabah qaranlıqdır, işıqlı olan səhərini itirmə, “Kəpəz”!

Fikirlərini bizimlə bölüş!