Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Lazımsız yığma Təkrar edirəm. Braziliyalılardan ibarət futzal yığması lazımsızdı. Bu işin başında duranlar üçün pul yemək, “otkat” etmək üçün vasitədi, mililəşdirmə. Xaricilərlə bu şeyləri razılaşdırmaq, icra etmək asan olur. Ona görə toplayıblar braziliyalıları. Heç biri adlarına yazılan maaşlar qədər pul almırlar. Maaşlarının yarısı ciblərə gedir. Böyük vəsait dağıdılır və futzal üzrə Dünya çempionluğunu qazansaq belə, bu Azərbaycan adına heç bir təbliğat, reklam effetki verməyəcək, sayılmır. Məsələn, mənim yaşadığım Ukraynada 50 nəfərdən biri belə Azərbaycan futzal yığması haqda məlumatlı deyil. Nəinki Azərbaycan futzal yığması, heç son dünya çempionlarını belə tanımırlar.Bilirəm ki, sizin çoxunuz da tanımırsınız. Futzal futboldan törəmə bir idman növüdü. Məsələn, böyük tennis və stolüstü tennis kimi. Stolüstü tennis üzrə dünya çempionu olsaq nə olacaq? Kimə lazımdı?

Futzal olimpiya idman növü də deyil.
Hə, futzal yığmamız olsun. Bir halda ki, vəsait ayrılır, öz uşaqlarımıza xərclənsin, çempionatın keyfiyyəti artırılsın, komandaların sayı artırılsın, bu başqa məsələ. Düşünərik ki, daha çox yeniyetmə, gənc idmanla məşğul olacaq, sağlam həyat tərzi keçirəcək. Gəl ki, braziliyalıları toplayıb futzal yığması düzəltmək absurd, mənasız bir vəziyyət yaradır. Bircə adı var bunun: oğurluq! Və inanın ki, məhs bu kimi məsələlərin arxasınca getmək üçün bu ölkədə ciddi İctimai Birlik şərtdi. Biz Birlik olduqdan sonra mütləq araşdıracağıq, görək, o Azərbaycan pasportlarını braziliyalılara hansı qanuni əsaslarla veriblər? Onlar ümumiyyətlə hansı maddi şərtlərlə oynayır?
Heç nəyi gizlədə bilməyəcəklər, aydın olacaq. Ona görə də işin daxilinə baxmaq lazımdı.
8:1 Portuqaliya məğlubiyyətli ilə bağlı yazdığımız postun altında müdafiəçi qiyafəsi geyinənlər isə buyursunlar. Sizdən dünənə qədər Braziliya yığmasının ən məşhur futzalçısının adını soruşuram. Əgər bu idman növünü belə çox maraqla izləyir və populyarlığına inanırsınızsa, mütləq bilməlisiniz. Şəkildəki sarı geyimli futzalçı kimdi? Resul ŞÜKÜRSOY

Fikirlərini bizimlə bölüş!