Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Legionerlərə çəkilən xərclər: 65 000-dən 1 000 000 manatadək

Legionerlərə çəkilən xərclər: 65 000-dən 1 000 000 manatadək

Ötən mövsümdən etibarən Azərbaycan Premyer Liqasında (APL) legioner limiti ləvğ olunub. Bununla yanaşı, klubların heyətdəki əcnəbi futbolçulara görə ödəməli olduğu rüsumlarla bağlı ayrı bir bənd də tətbiq edilib.

Belə ki, əgər komandada 1-dən 7-dək legioner olarsa, hər biri üçün ödəniş məbləği 5000 manat təşkil edir, 8-dən 12-yə qədər olduqda 10 000, 13-dən 15-ə qədər 100 000, 16 və daha çox olduqda isə 200 000 manat müəyyənləşdirilib. Həmçinin, bir matçın iştirak ərizəsinə 17-dən çox olmayan legioner daxil edilə bilər.

Ötən mövsüm müvafiq hesablamalar aparmışdıq, indi isə APL-in 12 klubunun legionerlərə çəkdiyi cari xərcləri hesablamağın vaxtıdır.

Hazırda iki klub – "Sabah" və "Qarabağ" rəsmi olaraq Peşəkar Futbol Liqasının (PFL) iştirak ərizəsinə hərəyə 18 legioner daxil edib.

Belə ki, "Sabah"da bunlar Stas Pokatilov, Akim Zedadka, Stiv Solve, Timoteuş Puxaç, Junior Almeyda, Eden Makkarti, İvan Lepinitsa, Kahim Perris, Umarəli Rəhmonəliyev, Velko Simiç, Rodriqu Fernandeş, Kristian Nvaçukvu, Du Keyros, Coy-Lens Mikels, Orfe Mbina, Ksander Severina, Yunes Laşaab və Karlos Eduardodur.

"Qarabağ"da isə Martin Zlomisliç, Mateus Silva, Jeremi Nyali, Bruno Lanqa, Cebrail Makreckis, Bense Varkonyi, Marko Yankoviç, Aleksey Kaşuk, Kadi Borqes, Pedro Bikalyo, Joni Montiel, Renaldo Sefas, Cəli Muaddib, Samuel Lobatu, Reda Xadra, Dieqo Rosa, Taofik Ismail və Zakariya Savodur.

Bu o deməkdir ki, göstərilən klubların hər biri iştirak ərizəsinə daxil edilmiş əcnəbi futbolçulara görə 985 000 manat ödəməlidir.

Bununla yanaşı, "Sabah"ın daha iki legioneri var. Bunlardan biri – Cafet Bulus APL matçlarında istifadə olunub, lakin əvəzedici komandanın üzvüdü. Belə vəziyyətdə bir məqamı nəzərə almaq lazımdır: əgər klubların əvəzedici heyətlərinin ərizələrində legionerlər varsa, onların hər biri üçün 5000 manat rüsum nəzərdə tutulub və maksimum sayı beşdən çox ola bilməz. Əvəzedicilərdən olan legioner APL-də oynasa, burada aşağıdakı qayda tətbiq olunur: klub üçün yeni legioner kimi, bizim halda isə 19-cu oyunçu kimi, lakin artıq ödənilmiş 5000 manat nəzərə alınmaqla – yəni 195 000 manat ödəməlidir.

"Bayquşlar"ın digər legioneri Zinedin Uld-Xaled klubda qeydiyyatda olsa da, mövsümün iştirak ərizəsinə daxil edilməyib.

Elita klublarının heyətinə qatdığı legionerlərin sayına görə növbəti yerləri hərəyə 17 oyunçu ilə "Neftçi" və "Turan Tovuz" tutur.

Bakı təmsilçisinin heyətində aşağıdakı legionerlər yer alır: Mustafa Sek, Falaye Sako, İqor Ribeyro, Endryu Qraviyon, Freddi Varqas, Sessi D'Almeyda, İfeanyi Metyu, Breno Almeyda, Lyubomir Tupta, Qustavo Klisman, Alen Şkribek, Dragoljub Saviç, Denzel Jubitana, Vitko Şevel, Andrey Ştoqrin, Bassala Sambu, Adeleke Akinyemi.

"Turan Tovuz"da isə: Oleq Baklov, Aleksey Kenyakin, Roderik Miller, Denis Marandiçi, Emmanuel Hakman, Hayderson Urtado, Enrike Silva, Jorje Silva, Filip Damyanoviç, Roberto Olabe, David Tavares, Alexandro Serrano, Stiv Besnar, Diogu Balau, Aleksa Yankoviç, Jo Batista, İbrahima Vadji.

Bu iki komandanı müqayisə edərkən maraqlısı odur ki, tovuzlular demək olar hər matçda start heyətində 11 legionerdən istifadə edirlər. Ümumilikdə isə, legionerlərin sayına gəldikdə, "Neftçi" və "Turan Tovuz" hərəyə 785 000 manat ödəməlidir.

Bunlardan dərhal sonra 13 legionerlə "Zirə" qərarlaşıb: Ruan Renato, İssa Cibrilla, Anje Musinzi, Mehdi Mşehşah, Giorgi Papunaşvili, Quima, Veyrinya, Ktatau, Dameyn Smit, Davit Volkov, Eren Aydin, Bayere Lue, Dimitri Leqbo.

Bu, 185 000 manat deməkdir. Eyni zamanda, klubun daha dörd əlavə legioneri də var. Onlardan biri, Kris Digbek, "Sabah"da Bulusla bağlı olduğu kimi, əvəzedici heyətə daxil edilib, lakin APL oyunlarında da meydana çıxıb. Digər ikisi – Maykon Kleyton və Enrike Kustodio yaydan bəri zədə səbəbindən sıradan çıxıblar və məhz buna görə mövsümün siyahısına daxil edilməyiblər. Lakin sıraya qayıtdıqdan sonra yəqin ki, iştirak ərizəsinə salınacaqlar. Klubun müqaviləli digər futbolçusu Yeqor Boqomolski isə ümumiyyətlə iştirak ərizəsinə daxil edilməyib.

Oxşar vəziyyət ərizəsində 12 legioneri qeydiyyatda olan, ikisi isə kənarda qalan "Sumqayıt"da da müşahidə olunur. Belə ki, ərizəyə daxil edilənlər arasında aşağıdakı oyunçular var: Marko Yohanson, Keffel, İsa Suliman, Renan Santana, Tyaqu Almeyda, Imani Barker, Ronaldo Vaskes, Sedrik Badolo, Lukas Blek, Mamadi Banqre, Roy Kaxat, Jeam.

Digər ikisi isə Jeymes və Masaki Muratadır. Bunlardan birincisi – braziliyalı qapıçı yayda zədələnərək sıradan çıxıb və məhz buna görə ərizədən kənarda qalıb. Əvvəllər APL-də daha çox çıxış etmiş Murata isə bu mövsüm əvəzedici heyətə daxil edilib və hələ ki "kimyaçılar"ın əsas komandasında oynamayıb, baxmayaraq ki, bir dəfə oyunun iştirak ərizəsində yer almışdı.

"Qəbələ"nin də ərizəsində 12 legioner var: Artur Motta, İsaak Amoa, Natan Monzanqo, Kouya Mabea, Edson Eduardo, Hayme Serra, Brunu Silva, Meşak Uboçioma, Endri Çekici, Rafael Utsiq, Ismahil Akinade, Karim Rossi. Beləliklə, "radarlar" da "Sumqayıt" kimi ümumi məbləği 85 000 manat olan rüsum ödəməlidirlər.

Dörd klubun – "Araz-Naxçıvan", "Kəpəz", "Şafa" və "İmişli"nin hər birinin ərizəsinə daxil edilmiş legionerlərin sayı 11-dir. Aşağıda onların legioner heyətlərini təqdim edirik.

"Araz-Naxçıvan"ın sıralarında aşağıdakı əcnəbilər yer alır: Artur Auqusto, İssuf Paro, Bruno Franko, Luka Dumançiç, Boyan Letiç, Şarl Boli, Patrik Andrade, Alberto Fernandes, Mamadu Kane, Abdalla Sudi, Mohamed Mara.

"Kəpəz"də: Rojerio Santos, Dioqo Verdaşka, Adama Fofana, Mate Abuladze, David Domjoni, Mahamadu Ba, Kennet Kalunqa, Viktor Stına, Desmond Akva, Benito, Azuma Abubakar.

"Şəfa"da: Tyaqu Silva, Maudo Jarju, Andrey Draqu, Kristofer Mamenqi, Dilan Mertens, Bafode Dansoko, Mussa Guel, Vlad Pop, Treyvon Fuller, Umar Diav, Luis Felipe.

"İmişli"də: Dioqo Rollo, Edvin Banqera, Rafael Vieqas, Ronaldo Rodriqes, Yau Mozes, Juninyo, Xuan Ernandes, Sebai Senin, Deku, Dioqo Almeyda, Dioqo Kardozu.

Bu o deməkdir ki, onların hər biri 75 000 manat ödəməlidir.

Nəhayət, APL-də legioner təmsilçiliyi ən az olan klub cəmi 10 oyunçu ilə "Şamaxı"dır: Rikardu Fernandeş, Abdul Raşid Mumini, Jota, Ruy Paşeku, David Deqo, Abdullai Şuaybu, Rikardu Apolinario, Filipe Markeş, Ayman Buali, Tornike Axvlediani.

Bu, 65 000 manat xərc deməkdir. Mayda aldığı ağır zədə səbəbindən uzun müddətə sıradan çıxmış braziliyalı müdafiəçi David Santosun hələ ki, şamaxılıların iştirak ərizəsindən kənarda qaldığını da nəzərə alaq.

Hazırkı turnir cədvəli ilə müqayisə etsək, görərik ki, yuxarı pillələrdəki komandaların düzülüşü klubların legionerlərə çəkdikləri xərclərlə demək olar tam uyğundur. Məsələn, top-5-də bu siyahıdakı kimi elə həmin "Sabah", "Neftçi", "Qarabağ", "Turan Tovuz" və "Zirə" qərarlaşıb.

Fikirlərini bizimlə bölüş!