Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Məşhur qanqster millimizin formasında!

İtaliya polisinin İnterpol vasitəsi ilə axtarış elan etdiyi, Rusiya hüquq-mühafizə orqanlarının da çoxdandı izində olduğu məşhur azərbaycanlı kriminal avtoritet Rövşən Canıyevin (“Rövşən Lənkəranski”) Türkiyədə dostları ilə çəkdirdiyi foto diqqətimizdən qaçmayıb. Belə ki, nüfuzlu “qanuni oğru” mediada yayılan son şəkilində Azərbaycan millisinin formasındadı. AZFUTBOL.COM xəbər verir ki, o, millimizin üzvü Əfran İsmayılova məxsus 22 nömrəli köynəyi geyib.

Canıyevin futbolla nə dərəcədə yaxından maraqlandığı məlum olmasa da, əldə etdiyimiz məlumata görə, onun ölkəmizin tanınmış futbol adamları ilə dostluq münasibətləri mövcüddur.

Maraq üçün qeyd edək ki, sizə təqdim etdiyimiz və təxminən bir il əvvəl Antalyada çəkildiyi güman edilən fotodakıların əksəri gürcü avtoritetlərdi. Amma onların arasında daha iki azərbaycanlı “vor v zakone” var. Bunlar “Lənkəranski”nin ən yaxın silahdaşları sayılan
“Hacı Talıbxanlı (“Hacı Beyləqanski”/şəkildə aşağı cərgədə soldan ikinci) və Rusiya mafiyasının “xaç atası” olmuş Aslan Usoyanın (“Ded Xasan”) ölümüdən ittiham edilərək, hazırda Moskvada həbsdə olan Ülfət Tağıyevdi (“Rufo Gəncinski” /yuxarı cərgədə soldan üçüncü).

Fikirlərini bizimlə bölüş!