Əsgər Abdullayev premyer-liqaya hər qayıdışında sübüt edir ki futbolumuzda heç bir inkişaf yoxdur. Heç kimə lazım olmayan futbolçuları yığaraq, aylarına 2.000 dollar verdirib liqin bürünc medalçasından az qala xal alacaqdı.
Əslində bu demək deyil ki Əsgər Abdullayev Azərbaycanın Rexaqelidi, güclü taktikdir və yaxud onun özəl seleksiya istedadı var. "Araz-Naxçıvan" sadecə sübüt edir ki top dediyimiz klublarda futbolçulara verilən maaşlar çox şişirdilib. Məntiqlə yanaşsaq, "Qəbələ"nin futbolçulari Arazdakılardan 20 qat çox maaş alırlarsa, evdə bu cür rəqibə minimum 5 qol vurmalıdı. Araz-Naxçıvanın futbolçuları göstərdikləri əzmkarlıqa görə ən xoş sözlərə layiqdilər, lakin bu autsayderin güclü olması deyil, potensialına görə lider olmağa borclu olan Qəbələnin acızliyidi.
Açığı, Muntyanu gələrkən bunun düzgün addım olduğunu düşünürdüm. Hələ də tələsməyək, hər yeni gələn məşqçiyə müəyyən zaman lazımdır. Amma iki aya artıg komandada müəyyən bir oyun stili olmalıdı, bu da yoxdur. "İnter"ə qarşı oyun göstərdi ki hər iki yeni gələn mərkəz müdafiəçisi orta səviyyəlidi. Kristea böyük bir səhvdir. Heyf, "Qəbələ" mövcüd büdcə ilə daha əzamətli, qüvvətli olmalı idi. Muntyanu da nəticə verə bilməsə artıq tənqid obyekti baş məşqçi deyil, klub rəhbərliyi olmalıdı.
Görünən budur ki, bu mövsüm da "Qarabağ" bir neçə tur qalmış çempionluğu rəsmiləşdirəcək. Neftçi zəif təsir bağışlayir. Fiziki hazırliq üzrə məşqçiləri yox, Ramos və Flavinyo çox zəifləyiblər, benzinləri isə litri 97 qəpikə qədər qalxan Avro benzin standlartlarına cavab vermir. Müdafiələrindən isə danışmaq belə yersizdir. "İnter" yenə də praqmatik, sistemli futbol sərqiləməklə mövsümü ikinci yerdə bitirəcək. "Xəzər-Lənkəran"ın yeni transferləri çox zəifdir. Qalin İvanov 2 min avroluq oyunçudu, Sanko – İbekoyinin daha zəif variantıdı. Bu cür futbolçularla irəli getmək olmaz.
Bütün bunlara görə da "Araz-Naxçıvan" adıçəkilən hər bir komandadan xal alacaq gücündədir. Bu bizlərə "Azərbaycan premyer liqası inkişaf edir!" adı ilə təqdim olunacaq, İngiltərədə, İspaniya ilə paralellər aparılacaq. Eşıdın və inanmayın. Top-klublarımız maliyyə resurslarına uyğun futbol göstərə bilsəydi, Azərbaycanda da "Zenit" – "Torpedo" oyundaki kimi hesablar qeydə alınardı.




Fikirlərini bizimlə bölüş!