Azərbaycan futbolu

Xəbərlər və təhlillər

“Neftçi” və “Bakı”da maaş böhranı

Azərbaycan çempionatında mövsüm başa çatsa da, bir neçə klubda ciddi maliyyə böhranı yaşanır. Maraqlıdı ki, maliyyə böhranı yaşayanlar son illərdə olduğu kimi onun-bunun əlinə baxmağa vərdiş edən, can üstəki “Turan” və “Kəpəz” kimiləri deyil, top-klublarımızdan sayılan “Neftçi” və “Bakı”dı.

Belə ki, son illər sabit olaraq maliyyə cəhətdən yaxşı vəziyyətdə olan və bunun da sayəsində ardıcıl 3 dəfə çempion titulun yiyələnən “Neftçi” hazırda problemlər girdabında çabalayır. Klub aylardır futbolçulara maaş verə bilmir. Habelə inzibati işçilər də bir neçə aydır maaş üzünə həsrətdi. Komandaya ancaq arada qələbələrə görə pul mükafatı ödənilir, odakı nadir hallarda. “Ağ-qaralıların” cari mövsümdəki uğursuz çıxışı da bununla izah edilir.

Kluba yaxın mənbələrdən aldığımız məlumata görə, bundan ən çox əziyyət çəkən “Neftçi”nin prezidenti Sadıq Sadıqovdur.
Dövlət Neft Şirkətindən pul ala bilməyən klub prezidenti yalnız özünün maliyyə imkanları hesabına bəzi zəruri xərcləri ödəyir.

SOCAR-dan maliyyənin kəsilməsinə səbəb kimi, gələn il Bakıda keçiriləcək Avropa Olimpiya Oyunları bəhanə göstərilir. Əslində isə bu süründürməçiklə SOCAR-da Rövnəq Abdullayevə müxalif olan qüvvə onun kadrı Sadıq Sadıqovu istefaya məcbur etməyə çalışır. Sadıqov isə maliyyələşmənin dondurulmasının ona görə olduğunu bilsə də, kreslosundan ikiəlli yapışıb və öz xoşuyla vəzifəsindən getməkdə qəti maraqlı deyil. Belə “yağlı tikəni” axı necə əldən buraxsın? Odu ki, bəlkə vəziyyət dəyişər deyə, ümidini kəsmir.

Qeyd edək ki, “Neftçi”dən bir çox saytlara verilən reklam pulları da gecikir.

“Bakı”da isə vəziyyət çox mürəkkəbdir. Qumar şirkəti “Topaz”ı yaradıb azərbaycanlılardan qan pulu toplayan “iş adamı” Hafiz Məmmədov mövsümün əvvəlindən pulları “Atletiko” və “Lans”a xərcləməkdə xəsislik etməsədə, “Bakı”da çalışanlar aylardır maaş üzünə həsrətdir. İndi isə vəziyyət dözülməz həddə çatıb.

“Bakı”da maaş böhranı yaşanması səbəbi kimi “Hafka”nın son vaxtlar yuxarı dairələrlə ciddi problemlər yaşaması və maliyyə kanallarının az qala tam bağlanmasıdı.

Fikirlərini bizimlə bölüş!