Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Pantiçin gecikmiş “partlaması”

Deyəsən, dünya tərsinə fırlanmağa başlayır. Son iki gün ərzində "Bakı" rəsmilərinin dilin-dən şok üstünə şok açıqlamalar eşitməkdəyik. Ağlınıza başqa şey gəlməsin. Paytaxt klubuyla heç bir alğı-satqım yoxdu. Heç "zolaqlılar"ın doğma meydanda "İnter"ə 0:4 hesabıyla yenil-məsindən də şoka düşməmişəm. Məni şoka salan Yaşar Seyidovla Miliko Pantiçin açıqlamaları oldu.

Reynaldonun 1 milyon dollar qiymətinin olub-olmaması haqda suala Seyidovun ca-vablarını oxuyandan sonra yaman kövrəldim. Azərbaycan futbolundan bixəbər, yaxud ilk dəfə idman mətbuatını oxuyan kimsə həmin açıqlamaları oxusaydı, dərhal Yaşar bəyin AFFA pre-zidenti olmasını tələb edər, onun uzaqgörənliyinə və səmimiliyinə heyran olardı. Yəqin siz də "Bakı"nın vitse-prezidentinin dilindən çıxan açıqlamalarla tanışsız. Oxumayanlara xa-tırladım ki, həmin mövzuyla bağlı danışan Seyidov belə deyib: "Uğur qazanmaq üçün Reynal-donu yox, lap Messini, Ronaldonu al, bununla nəsə düzələcək? Xeyr. Bir şeyi bilirəm ki, "Bakı" da daxil olmaqla bütün klubların siyasəti yanlışdı. Yerli futbolçuları yetişdirmədən öl-kəyə bu qədər legioner gətirmək Azərbaycan futbolunu uçuruma aparır".

Burda deyiblər, "Bakı", sabahın xeyir! Görəsən, illərdi vaqon-vaqon yararsız əcnəbini ölkə-mizə gətirib pulu göyə sovuran, əcnəbi məşqçiləri bir-birinin ardınca qarşılayıb-yola sa-lan elə Yaşar Seyidovun vitse-prezidenti olduğu "Bakı" deyil? Üstəlik, "Bakı"nın yerli fut-bolçuların qiymətinin astronomik həddə çatmasında, konkret Əfran İsmayılov, Rauf Əliyev və Elvin Məmmədov kimi istedadlı futbolçuların pul düşkününə çevrilməsində əvəzsiz "xidmə-ti" var. Bütün bunlardan hamımız xəbərdarıq. Biz bu haqda yazanda, danışanda, həmin yanlış siyasətə etiraz edəndə Yaşar bəy harda idi? Guya cənab Seyidov özü bunları bilmir?

Hesab et-mirəm ki, "Bakı"nın yanlış siyasətiylə bağlı bütün qərarları bilavasitə klub prezidenti Ha-fiz Məmmədov verib, bu məsələdə başqalarının məsuliyyət payı yoxdu. Axı niyə Yaşar bəy özü nə vaxtsa belə xoşagəlməz hallara qarşı etiraz səsini klubun daxilində ucaldaraq, klub prezi-dentini səhv qərarlardan çəkindirməyə cəhd etməyib? Etməyibsə, indi qəzet səhifələrində be-lə müdrik sözlərlə başqalarına ağıl vermək heç nəyi dəyişməz. Adam gərək əvvəlcə özünə umac ova bilsin ki, başqalarına da əriştə kəsmək həvəsinə düşsün. Yox, fikrini deyib və ona qulaq asan olmayıbsa, onda indiyə qədər niyə "Bakı"dakı işinə davam edir? Sözünün eşidilmə-diyi, göz görə-görə uçuruma gedən bir yerdə işləməyə təkcə maddi qazanc xətrinə razılaşmaq daha böyük qəbahətdi.

Mahiyyətcə Pantiçin "İnter"lə oyundan sonrakı partlayış effektli etirafları Yaşar bəyin dediklərindən daha əhəmiyyətli sayılmalıdı. Di gəl ki, hər ikisi-nin sözləri vaxtında deyilmədiyindən daldan atılan daş effektlidi. Hamının bildiyi hə-qiqətləri ən sonda dilə gətirməklə qəhrəman olmaq mümkün deyil. Bunu çalışdırıcı özü də yaxşı başa düşür. Belə olmasaydı, Pantiç "toplanan problemlərin qarşısını vaxtında alma-maq mənim günahımdı" etirafını etməzdi. Aydın məsələdi ki, Pantiçin dilə gəlməsinin tək səbəbi mövsümün sonuna yaxın məsuliyyətdən yaxa qurtarmaq cəhdləridi. Serb çalışdırıcı yaxşı başa düşür ki, "Bakı" avrokuboklardan kənarda qalmağa çox yaxındı. Belədə onun Azər-baycandakı fəaliyyəti təkcə bizim idman mətbuatı tərəfindən yox, bütövlükdə İspaniyada və Serbiyada onu tanıyan hər kəs tərəfindən "uğursuz" təyini ilə qiymətləndirəcək. Bu isə onun gə-ləcək karyerası üçün böyük təhlükədi. Sabah Avropada kimi inandıra bilərsən ki, "Atleti-ko"yla "Lans"ın başına milyonlar səpələyən iş adamı Hafiz Məmmədovun doğma vətənindəki klubunda futbolçular acından günorta dururdu, bazada işıqlar yanmadığından stadionun tab-losunu belə işlətmək mümkün olmurdu?

Diqqətli oxucularımızın yadında olar, yerli futbolçular Hafiz bəyin pullarının parıltı-sına aldanıb, gözüyumlu "Bakı"nın bazasına qaçanda "Ət iyinə gələnlər" sərlövhəli yazımı sizinlə paylaşmışdım. İndi dövran dəyişib, milyonçu olmaq eşqinə düşən futbolçularla yanaşı, Pantiçin özü də hara gəldiyinin fərqinə varınca ürəkdən peşman olub. Amma artıq gecdi. İş işdən keçəndən sonra nəyisə dəyişmək olmur, cənab Pantiç. Görünür, Bakıya gəlməzdən öncə həmyerliniz Bandoviçin dəyərli məsləhətlərindən lazımınca faydalanmamısız. Belə yerdə deyiblər: "kabab iyinə getdik, gördük ki, eşşək dağlayırlar".

Fikirlərini bizimlə bölüş!