Azərbaycan futbolu

Xəbərlər və təhlillər

PROSINEÇKININ NIKBINLIYINDƏN ÜMIDLƏNƏKMI?

Xorvatın uğurlu debüt şansı çox böyükdü

Ruh amilini həmişə ikinci plana keçirən, önəmli oyunlar ərəfəsində bədbin açıqlamalarla çalışdırdığı komandaya inanmadığını ortaya qoyan Berti Foqtsun millidən ayrılma-sına sevinənlər çox idi. Əlbəttə, yaradılan şərait fonunda arzulanan nəticə verməyən alman bu payız yox, çoxdan getməliydi. Dünya və Avropa çempionunun istefa xəbərini eşidənlər AFFA məmurlarının nəhayət, düzgün seçim edəcəyini düşünürdü. Amma yığmanın "sükanı arxasına" Qurban Qurbanovun və ya ölkə futboluna bələd olan Kaxaber Tsxadadzenin gə-tiriləcəyinə ümid edənlərin arzusu gözündə qaldı. Seçməni məşqçi kimi uğurlarıyla fəxr etməyə haqqı çatmayan ortabab əcnəbiyə – Robert Prosineçkiyə tapşırdılar. 3 illik müqa-viləyə imza atan Almaniya doğumlu xorvatın fəaliyyətə başlamamışdan öncə çempionat oyunlarını izləməsi, "Qarabağ"ın Avroliqa matçına baxması müsbət haldı. Onun gələcəyə çox nikbin baxması isə istər-istəməz maraq doğurur. Bəs görəsən nikbinliyə əsas varmı?

Ədalət naminə vurğulamalıyıq ki…

Foqtsun Azərbaycan futboluna yuxarıdan aşağı baxdığını, yerli məşqçiləri mütəxəssis saymadığını, media mənsublarıyla hesablaşmadığını bilirsiz. Yaşı 70-i haqlamaqda olan "Teryer"in xələfi bu mənada çox fərqlənir. Belə desək, istiqanlı adama bənzəyir. İstər futbol komandası olsun, istərsə də hansısa zavodun kollektivi, biz azərbaycanlıların rəh-bərdə görmək istədiyimiz birinci keyfiyyət təkəbbürsüzlük və istiqanlılıqdı. Prosineç-kinin daxilində necə insan olduğunu söyləmək çətindi. Özünü şirin satırsa və ya Elxan Məmmədovdan şirin satmaq məsləhəti alıbsa, xarakterindəki çatışmazlıqlar zaman-zaman üzə çıxacaq. Yox, ruhən Azərbaycan futboluna fayda verməyə hazırdısa, bərəkallah.

İstedadlılar həmişə olub

Gəzib, qısa müddətdə futbolçu potensialı ilə müəyyən qədər tanış olmağa imkan tapıb. Verdiyi son müsahibədə gördüklərindən razı qaldığını, ölkədə istedadlı futbolçuların mövcudluğunu dilə gətirib. Təbii, "Azərbaycanda futbol yoxdu" deyiminin möhkəmlənməsi-nin əsas səbəbi yanlış futbol siyasətidi və bu ölkədə həmişə ayağı top tutan futbolçu-lar olub. Tutaq ki, Rauf Əliyev, Əfran İsmayılov, Araz Abdullayev, Qara Qarayev, Vaqif Ca-vadov kimi eyni nəslin nümayəndələrinə bacarıqlı oyunçu demək mümkündü. Ancaq adı çəki-lənlərin hər birinin ayrı-ayrılıqda qeyri-sabit oyunundan, çıxdığı 2 matçda belə eyni səviyyədə mübarizə apara bilməməsindən danışsaq, əsl problem üzə çıxar. Prosineçkinin nikbinliyi, U-17 və U-19-un elit mərhələyə adlamasından ağızdolusu danışması hələ heç nə demək deyil. Əməldə özünü sübut etsə, milli onun rəhbərliyi altında ümidverici çı-xışla diqqət çəksə, başqa məsələ…

Təki tarix təkrarlanmasın

Əfsanəvi Braziliya yığmasının kapitanı Karlos Alberto Torresin fəaliyyətə başlama-mışdan əvvəl verdiyi açıqlamaları eşidənlərin çoxunun beynindən "xilaskar gəldi" fikri keçmişdi. Məlum Polşa faciəsindən (0:8) sonra isə hücum futbolu oynatmaqda qərarlı olan adamın hər şeyə nə dərəcədə səthi yanaşdığı üzə çıxmışdı. Hə, bizimkilərdən bra-ziliyalılar kimi total futbol sərgiləməyi tələb edibmiş, hücuma göstərişlərinə uyğun olaraq atılanlar lazım olan anda geri qayıda bilməyib, vəssalam. Bu qədər bəsit! İndi Pro-sineçki də yığmanın müdafiədən oynamağı öyrəndiyini, hücum planında yeni göstərişlə-rə ehtiyac duyduğunu söyləyir. Təki tarix təkrarlanmasın.

Fiziki problemlər əzəlidi

Xorvatiya millisində, Madrid "Real"ında top qovmuş çalışdırıcının beynində praqmatik futbol fəlsəfəsi mürgüləyə bilməz. Özü də oynadığı dönəmdə yaradıcı, düşünmək bacarı-ğına malik, başını işə salmağı bacaran fiqurlardan sayılıb. Yığmanın ümumi fiziki göstəricilərinin yaxşılaşdırılması yönündə atacağı addımlara eyham vurması isə ya-xın 2 il ərzində mümkün olmayacaq işin qulpundan yapışmaq cəhdidi. Bəli, milliyə dəvət alan futbolçuların 60 faizinin fiziki gücü Avropa standartlarına cavab vermir və yaşı 25-i ötmüş futbolçuların bu planda "artırması" da çətindi. Digər tərəfdən, oyunçunun fiziki potensialı yalnız öz göstəriciləri və klubdakı məşqlər hesabına yaxşılaşırsa, xorvat xüsusi nə edəcək?

Münasib zaman

Millinin favorit olmadığı matçlarda belə yenilgi acısı yaşaması futbolsevərləri qı-cıqlandırır. Real yanaşsaq, Xorvatiya və İtaliya səfərində seçmənin xalsız qalması göz-lənilən idi. Ancaq Osiyek faciəsinin (0:6) zərbəsi o qədər güclü oldu ki, Norveçlə ev oyu-nunda da meydan sahiblərinin uğur qazanacağına inananların sayı azaldı. Şübhəsiz, güclü rəqibin zəifi yenməsi normal haldı. Lakin azarkeş 90 dəqiqə topla "döyülən" millinin nə dərəcədə aciz duruma düşdüyünü gözüylə görürsə, xərclənən pulların havaya sovrulduğuna əmin olursa, vəziyyət gərginləşir. Prosineçkini heç bir halda qorxunc başlanğıc gözlə-mir. O, milliyə çox münasib zamanda gəlib. Zaman seçimi öncədən düşünülmüş plandısa, yaxşı planlaşdırılıb. Martın 28-də milli öz meydanında Maltanı qəbul edəcək. Bu yığ-manın AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində keçirəcəyi ən asan matçdı. Prosineçki-nin uğurlu debüt şansı çox böyükdü.

Fikirlərini bizimlə bölüş!