“Qəbələ”, hara belə?
Problemləri saymaqla qurtarmır…
“Qəbələ”nin hazırkı durumuna acımamaq olmur. Kəmaləddin Heydərovun milyonlarına, eləcə də infrastrukturuna və heyətindəki legionerlərin ad-sanına görə ölkədə öncüllərdən sayı-lan kollektiv son oyunlarda qapazaltıya çevrilib. Qış fasiləsindən sonra “Neftçi” bu rəqibə 2-ni vurub, “Qarabağ” 3-nü, “İnter” 4-nü. İddialılardan yalnız “Bakı”yla qarşılaşmada heç-heçə əldə olunub. Başqa sözlə, başında Yuri Soyminin durduğu komanda autsayderlərdən heç nə ilə fərqlənmir. Bölgə təmsilçisi fevraldan bu yana çempionatda meydana çıxdığı 10 oyunda cəmi 9 xal toplamağa müvəffəq olub. Və ən maraqlısı, “Sumqayıt”ın da ehtiyatını eyni sayda xalla artırmasıdı. “Qəbələ” bu baxımdan yalnız AZAL-la “Rəvan”ı üstələyir. Deməli, problemlər yetərincədi. İncələməyə dəyər.
Antalya gəzintisi
18-ci turdan sonra 35 xal toplayan “Qəbələ”ni lider “Qarabağ”dan 1 xal ayırırdı. Qış fasiləsi-nə 2-ci pillədə yollanan “qırmızı-qaralar” azarkeşlərinə ümid vermiş, onlarda “bu gedişlə çempion ola bilərikmi” sualını yaratmışdı. Həqiqətən də çempionatın ilk iki dövrəsinin yekunlarına görə “Qəbələ”nin topladığı xallar “qızıl”dan xəbər verirdi. Bunun üçün sabitlik qorunub saxlanılmalı, heyət çox yox, bir-iki futbolçunun hesabına güclənməliydi. Antalyaya xoş əhval-ruhiyyə ilə yollanan Syomin və yetirmələri sabitliyi də, istəyi də, həvəsi də elə orda qoyub gəldi. Komandaya cəlb olunan futbolçuların çıxışı və oyuna verdiyi “fayda” isə göz qabağındadı. David Pietrzkieviçlə Dieqo Koştanın üzərinə Anar Nəzirovla Kamran Ağaye-vin alınması, Levin, Kalabane, Niasse kimi mərkəz müdafiəçiləri olduğu halda, Yerqaşovla Rafael Santosun gətirilməsi, Marat İzmayılovun gözlənilmədən Azərbaycana təşrif buyurma-sı birbaşa baş məşqçinin istəyi idi ki, gücləndirilmə planı “suya düşdü”. Yenilərdən heç birinin özünü yaxşı tərəfdən göstərə bilməməsini bir kənara qoyaq. Digər məqam Kamranla Maratın komandaya gəlişindən sonra daxildə müxtəlif problemlərin baş qaldırmasıdı. Biri digərinin maaşına baxıb həvəsdən düşür, bir başqası “Kamran kimi yığma üzvü hazırlıqsız halda ilk oyundaca əlcək taxırsa, mən nəyə lazımam?” kimi düşünürsə, əlavə şərhə ehtiyac qalmır. Komandanın yanvardakı təlim-məşq toplanışına qış hazırlığından çox, Antalya gə-zintisi adı yaraşır.
Hanı sistem?
Bir başqa, bəlkə də ən başlıca səbəb Syominin geridə qalan 9-10 ay ərzində futbol fəlsəfəsini komanda üzvlərinə aşılaya bilməməsidi. Kobud səslənsə də, “Qəbələ”də sistem anlayışının yoxluğunu vurğulaya bilərik. Əsas heyətdə tez-tez dəyişikliklər edən rusiyalı çalışdırıcı-nın uğuru hansı taktiki gediş və ya düzülüşlə axtardığını müəyyənləşdirmək olduqca çətin-di. “İnter”ə məğlubiyyətdən sonra əsas heyətin dəyişməz üzvlərindən birinin – Daniel Suboti-çin qəzetimizə müsahibəsində “seçilmiş taktika yanlış idi” deməsi hər şeyə aydınlıq gəti-rir. “Neftçi”ylə “Qarabağ”ın məlum “dır-dır”la, “İnter”in Kaxaber Tsxadadzenin baxımsız futbola söykənən, lakin nəticə qazanılması mümkün taktikası ilə irəli boylandığını uşaq da bilir, yaşlı da. Ancaq “Qəbələ”də bu yoxdu. Syomin hələ də “Məmmədağa, vur qabağa” anlayışı-nın premyer-liqa üçün keçərli olmadığının fərqinə varmayıb. Hansısa oyunda Subotiçlə Leo-nardonu “bağlandısa”, vəssalam, “Qəbələ” məğlub olacaq. Belədə baş məşqçinin alternativ gedi-şi olmalıdı ki, bunu görmürük. Gizlətməyək, çempionluq uğrunda mübarizə aparan “Qarabağ”la “Neftçi” bu rəqibini məhz yaxşı “oxumaqla” bütün oyunlarda məğlub edib. Belə baxanda, “Qəbə-lə” heyətinə görə ağdamlılarla bakılılardan heç də zəif deyil.
Ya Syomin bacarmır, ya da vecinə almırlar
Müharibə şəraitində bir ordunun savaşı uğurla başa vurması üçün ilk növbədə arxa cəbhəsi güclü olmalıdı. Güllə, top, mərmi hesabına irəli boylandığın halda, arxada güvənə biləcə-yin əsgərin yoxdusa, əllərini yuxarı qaldır, bu başdan təslim ol. Bax, “Qəbələ” həmin vəziyyət-dədi. Leonardo, Subotiç, Mendi, Kamanan, Ebesilyo kimi futbolçular qol vurmaq üçün dəridən-qabıqdan çıxır, qapıçı və müdafiəçilər arxada istədiyini etməklə komandanın zəhmətini yerə vurur. Bu gün “Qəbələ”də müdafiə anlayışının sıfır dərəcəsində olduğu aydın görünür. El-nur, Levin, Yerqaşov kimi milli üzvləri, Kamran kimi təcrübəli qapıçı gülməli səhvlərlə öz-lərini gülünc vəziyyətə salmağa adət edib. Arxa xəttin dərdinə əlac tapılmırsa, ya Syomin bu-nu bacarmır, ya da futbolçular onu vecinə almır.
Cəza yox, irad yox, kef elə
Fikir verin, “Qəbələ” ilə “Xəzər Lənkəran”ın durumu hər cəhətdə eynidi. Hər iki klubda mil-yonlar dövr edir, hər ikisinin səxavətli prezidenti var, hər ikisi istədiyi futbolçunu “hay-hay”la gətirib, “vay-vay”la yola salır, hər ikisi mövsümə iddialı açıqlamalarla start verib, sonda boynunu bükür, hər ikisi kubokun yarımfinalına adlayıb və s. Və ən əsası, bu gedişdlə çempionatı titulsuz başa vuracaqlar. Bilirsiz, səbəb nədi? Legionerlərin bölgə klublarına gəlmək istəməməsi, gələrkən də onlara böyük vədlərin verilməsi. Məsələn, Leonardoya “gəl, oyna, heç bir təzyiq yoxdu, Qəbələnin havasının nə qədər xeyirli olduğunu zamanla görəcək-sən”, Eliasa “500 min istəmirsən? 1 milyon veririk, təki sən gəl” tipli təkliflər olursa, onla-rın indiki durumuna baxıb qınamaq nəyə lazımdı? Biri xanımı ilə yataq şəkillərini dostla-rı ilə bölüşür, digəri hər ay aldığı onminləri gözümüzə soxur, bir başqası cəzalı olduğuna görə oyunu stadionda yox, evində izləyirsə, nə qoyub, nə axtarırıq? Bir sözlə, heç biri hansı məsuliyyət daşıdığının fərqində deyil. Rəhbərlik ardıcıl məğlubiyyətlərdən sonra sərt üzünü göstərmirsə, baş məşqçi bu dəfə səhv edəni növbəti dəfə heyətdən kənarda qoymursa, ma-aşlar kəsilmirsə, bundan artığını gözləmək yersizdi.
Leonardo bəlası
“Qəbələ”nin mövsümə uğurlu start verməsində Leonardonun əvəzsiz xidmətləri var idi. Müda-fiəçilər üçün qorxulu röyaya çevrilən braziliyalı ötürmə verməklə yanaşı, özü də fərqlən-dirdi. Lakin qış fasiləsində Rusiya klubları və başqa ölkələrdən aldığı təkliflər cavan oğ-lanın ağlını başından çıxardı. Təlim-məşq toplanışına 10 gün gec gələn, gələn kimi də məşqdə Nizami ilə münaqişə yaşayan, ardınca qəzetimizə verdiyi açıqlamada “Qəbələ”ni tərk edəcəyini açıq-aşkar bəyan edən futbolçunun qulağı vaxtında burulmalıydı. Əvəzində Syomin ona həm yoldaşlıq oyunlarında, həm də premyer-liqa görüşlərində ilk “11-lik”də şans ver-di. Və bundan sonra ayağının altı bir az da yer aldı. Oyunlar zamanı bacarığından aşağı sə-viyyədə çıxış etdiyinə görə Elnur Allahverdiyevin iradları ilə üzləşən, buna baxmayaraq, milli üzvünə cavab qaytaran Leonardoya güldən artıq söz deyən olmadı. Yetirməsinin pis əməllərini Syomin “futbol kişi oyunudu, münaqişə, mübahisə normal şeylərdi” kimi dəyər-ləndirməklə çıxış yolu tapdı. Və bu da nəticəsi. “Qəbələ” çökür, Leonardo isə özünü yeni ko-mandası üçün qoruyur.|Futbol+




Fikirlərini bizimlə bölüş!