Deyilənə görə, Tərlan Əhmədov AZAL-dakı yeni işinin icrasına futbolçularına mətbuata açıqlama verməyi qadağan etməklə başlayıb. Mükəmməl başlanğıcdı. Qoy futbolçular yeni ça-lışdırıcının sərt üzünü görsünlər. Onsuz da son vaxtlar mətbuatda Tərlan bəyin qətiyyətsiz olmasıyla bağlı bəzi müzakirələr aparılırdı. Düzdü, AZAL-ın futbolçularının əksəriyyəti əcnəbidi. Onların bizim yazdıqlarımızla maraqlanıb-maraqlanmadığını da dəqiq bilmirəm. Hər halda, yerin də qulağı var. Legionerlər də ucundan-qulağından xəbər tutmamış olmaz ki, Əhmədov Böyükağa Hacıyevi "Neftçi"dən yola salandan sonra nüfuzunu təhlükəyə atıb, müvəq-qəti əvəzedici missiyasını həyata keçirməyə razılaşmışdı. Davamını siz də bilirsiz, tək-rarlamağa ehtiyac görmürəm. Mənə qəribə gələn odu ki, "təyyarəçilər"in yeni pilotu niyə məhz mətbuatla ünsiyyəti məhdudlaşdırmaqla işə başlamağa qərar verib? Yoxsa Tərlan bəy na-rahatdı ki, futbolçular onun məşqlərdə verdiyi gizli taktiki tapşırıqları jurnalistlərə açıqlayar, Azərbaycan futbolunda inqilabi dəyişikliklər etmək arzusu həyata keçməz?
Ümumiyyətlə, son vaxtlar idman mətbuatına münasibətdə belə davranış sərgiləyən çalışdı-rıcıların sayında artım müşahidə olunur. Vəziyyətin bu həddə gəlib çatmasında bizim də müəyyən mənada günahımız var, əziz həmkarlar. Bəzən ayağı top tutmayan pul hərislərinə, fut-bolun "f"sindən xəbərsiz məşqçilərə, peşəkarlığın nə olduğunu bilməyən klublara layiq ol-duqlarından daha çox diqqət ayırırıq. Onlar da özlərini dağın başına qaldırıb, idman mət-buatına naz etmək həvəsinə düşürlər. Mövzunu dərinləşdirib işsiz məşqçilərin, klubsuz qa-lan futbolçuların, hakimləri "topa tutmaq" üçün tribuna axtaran klub rəsmilərinin çayxana stollarında jurnalistlərə dil tökdüyü günləri yada salmaq istəmirəm. Təki hər şey Tərlan Əhmədovun və AZAL rəhbərliyinin ürəyincə olsun. Tezliklə "təyyarə" qəza enişindən canını qurtarıb havalanmağa başlasın. Onda çalışdırıcı da sinəsini irəli verib məharətindən da-nışmaq üçün diktofon axtarışına çıxacaq. Hərgah AZAL-ın ötən günlərini göz önünə gəti-rəndə bu arzumun o qədər də real olmadığını dərk edirəm.
"Neftçi"ylə oyundan sonra Şakir Qəribovun dilindən yetərincə cəsarətli açıqlamalar səslən-mişdi. Uzun müddət komandanın içində olan təcrübəli mütəxəssis hamıya məlum olan həqiqət-ləri dilə gətirməklə klub rəhbərliyini əməlli-başlı silkələməyi bacarmışdı. Təəssüf ki, rəsmilərdən heç kim həmin ciddi ittihamlara məntiqli cavab vermək cəsarətini özündə tap-madı. Bir də ki axı nə desinlər? Məgər biz bilmirik ki, 2011-ci il mayın sonunda klubla müqa-viləsinin müddəti bitən Nazim Süleymanov AZAL-ı Avroliqanın oyunlarına müqaviləsi olma-dan hazırlayırdı?
Keçmiş həmkarımız, hazırda AZAL-ın mətbuat katibi vəzifəsini daşıyan Eldəniz Yusifovun bir maraqlı izahı diqqətimi çəkdi. Sitat: "Nazim Süleymanov AZAL-da çalı-şanda, bildiyim qədər avrokuboklardan sonra ona yeni müqavilə təklif olunacaqdı". Buyurun, bu da AZAL-ın peşəkarlıq nümunəsi. Deməli, AZAL həmin mövsüm "Minsk"i məğlub edib yolunu uzatsaydı, Süleymanov bir müddət də qeyri-müəyyənlik içində işinə davam etməliydi? Dünya praktikasında, ümumiyyətlə, belə bir nümunə var? Bildiyimizə görə, müqaviləsinin müddəti başa çatan istənilən mütəxəssislə işləməkdə maraqlı olan klub rəhbərliyi onu danışıqlar masasına dəvət edir, detalları qətiləşdirib yeni müqaviləyə imza atırlar. Yox, rəhbərlik ça-lışdırıcıdan məmnun qalmırsa, halalıqla yollar ayrılır. AZAL "Minsk"lə cavab oyununa iyulun 7-də çıxmışdı. Az qala 40 gün müqaviləsiz məşqçi işlədən klub hansı üzlə peşəkarlıq-dan danışır? Belə çıxır ki, yetərincə uğurlu olan, komandaya avrokuboklara vəsiqə qazandıran məşqçini klubdan uzaqlaşdırmaq üçün bəhanə tapa bilməyiblər, gözləyiblər ki, özü bezib get-sin.
Köhnə yaraların qaysağını çox da qopartmayım, yaraları ağrıdanlar bayram günü məni itti-ham edərlər. Onsuz da Tərlan bəy AZAL-a təyinatı rəsmiləşəndən az sonra verdiyi müsahibələ-rin birində əminliklə söyləyib ki, əvvəllər bu komandada futbol oynadığından klubun iş prinsiplərindən xəbərdardı. Tərəflərin arasına girmək bizim işimiz deyil. Bir halda ki Əhmədov özü hara getdiyini yaxşı bilir. Eynilə "Neftçi"dəki kimi. Yeganə məsləhətim odu ki, Tərlan bəy AZAL rəhbərliyinin şirin sözlərinə aldanıb mətbuata qadağalara çox da həvəs göstərməsin. Dünyadı, fırlanır, dövran dəyişir. Bir gün yenə ürəyinizi boşaltmaq üçün jur-nalist axtarışında olarsız…




Fikirlərini bizimlə bölüş!