Azərbaycan futbolu

Xəbərlər və təhlillər

“Qarabağ” qızıl medallara yaxınlaşır

Azərbaycan Premyer Liqasında 25-ci tura yekun vurulub. “Qarabağ” rəqiblərinə göz dağı verə-verə, göstərə-göstərə çempionluğa addımlayır.

İkinci dövrənin ən uğurlu komandası Riçard Almeydanın yoxluğunda belə darmadağın edilirsə, çətin ki, “köhlən atlar” liderliyini kiməsə versin.

“Qəbələ”nin halına acımamaq olmur. “Qırmızı-qaralar” bu mövsüm növbəti dəfə “Neftçi”yə uduzdu. Bu təkcə iddialı heyətə sahib komanda üçün yox, həm də təcrübəli mütəxəssis Yuri Syomin adına ayıbdı.

Qış fasiləsindən sonra yeganə məğlubiyyət üzü görməyən komanda “İnter”di. 3-cü pilləyə yüksələn “bankirlər”i ikinci yerdən cəmi 1 xal ayırır.

Görək “Bakı” ağır sillədən sonra özünə gələ biləcəkmi? “Neftçi” isə yenidən yüksəlişə keçmək niyyətindədi.

“Xəzər Lənkəran” Mustafa Dənizlinin rəhbərliyi altında ilk yenilgisini “Bakı”dan aldıqdan sonra özünə gələ bilmir. Artıq 4 turdu ki, cənublular qələbəyə həsrətdi.

“Rəvan” isə Güvənc Kurtarla ardıcıl 2-ci zəfərini bayram etdi.

Azərbaycan Premyer Liqası
25-ci tur
9 mart

QƏBƏLƏ – NEFTÇİ – 1:2 (0:1)
Qollar: B.Nasimov, 29 (0:1), B.Nasimov, 63 (0:2), L.Ebesilio, 71 (1:2).
Hakimlər: Fariz Yusifov, Namiq Hüseynov, Elşən Acalov, Ramiz Məhərrəmov.
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Ramil Əhmədov.
Qəbələ. Qəbələ şəhər stadionu.
QƏBƏLƏ: 1. Kamran Ağayev, 3. Nikola Valentiç, 4. Amid Quluzadə, 6. Vladimir Levin (k), 9. Viktor Mendi, 11. Yannik Kamanan, 14. Lorenzo Ebesilio, 18. İbrahima Niasse, 31. Daniel Subotiç, 36. Elnur Allahverdiyev, 42. Leonardo da Silva.
Ehtiyat oyunçular: 27. David Petrkeviç, 7. Marat İzmaylov, 8. Nizami Hacıyev, 16. Ruslan Tağızadə, 19. Abdulvahid Afolabi, 22. Lourival Assis, 34. Ürfan Abbasov.
NEFTÇİ: 30. Saşa Stamenkoviç, 2. Karlos Kardoso, 7. Araz Abdullayev (k), 9. Flavinyo, 14. Bahodır Nasimov, 15. Erik Ramos, 16. Bruno Bertuççi, 19. Mirhüseyn Seyidov, 22. Mahir Şükürov, 32. Elvin Yunuszadə, 90. Ernest Nfor.
Ehtiyat oyunçular: 1. Pavel Doroşev, 3. Denis Silva, 5. İqor Mitreski, 6. Rəşad Sadiqov, 10. Cavid İmamverdiyev, 11. Melvin Platye, 23. Ruslan Qurbanov.

QARABAĞ – BAKI – 4:0 (3:0)
Qollar: Çumbinyo, 17 (1:0), Reynaldo, 28 (2:0), Reynaldo, 42-pen (3:0), L.Corc, 67 (4:0).
Hakimlər: Rauf Cabbarov, Munis Abdullayev, Nahid Əliyev, Feyzulla Feyzullayev.
Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Rəhim Həsənov.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
QARABAĞ: 13. İbrahim Sehiç, 5. Maksim Medvedev, 6. Hacı Əhmədov, 7. Namiq Yusifov, 9. Reynaldo Silva, 14. Rəşad Sadıqov (k), 19. Jaba Dvali, 25. Ansi Aqolli, 41. Leroy Corc, 55. Bədavi Hüseynov, 70. Çumbinyo.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 2. Qara Qarayev, 10. Muarem Muarem, 11. Ulrix Kapolonqo, 17. Vüqar Nadirov, 18. İlqar Qurbanov, 24. Admir Teli.
BAKI: 1. Aqil Məmmədov, 12. Etto, 5. Ruben Qonzales, 4. Mario Alvares, 17. Risto Ristoviç, 23. Lukas Mario Horvat, 31. Vüqar Mustafayev, 16. Xavyer Junior, 21. Elvin Məmmədov, 15. Alberto Noquera, 11. Rauf Əliyev (k).
Ehtiyat oyunçular: 13. Edin Nuredinoski, 8. Cavid Hüseynov, 7. Əfran İsmayılov, 22. Namiq Ələsgərov, 10. Aleksandar Soliç, 6. Vadim Abdullayev, 24. Georgios Pelagias.

SUMQAYIT – İNTER – 0:1 (0:0)
Qol: V.Cavadov 63 (0:1).
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu, süni örtüklü meydança.
SUMQAYIT: 63. Şahruddin Məhəmmədəliyev, 2. Şəhriyar Xəlilov, 4. Samir Abasov (k), 9. Tərzin Cahangirov, 10. Uğur Pamuk, 11. Ruslan Nəsirli, 17. Adil İbrahimov, 21. Məhəmməd Mirzəbəyov, 88. Mirzağa Hüseynpur, 92. Bəxtiyar Həsənalızadə, 99. Rəhman Hacıyev.
Ehtiyat oyunçular: 1. Andrey Popoviç, 5. Kamil Hüseynov, 8. Aqşin Muxtaroğlu, 14. Məhəmməd Qurbanov, 18. Aleksandr Çertoqanov, 25. Fərid Kərimzadə, 77. Ramil Mansurov.
İNTER: 25. Səlahət Ağayev, 3. Laşa Salukvadze, 5. Slavço Georgiyevski, 7. Ruslan Əmircanov, 9. Aleksandr İaşvili, 15. Yohan Bokonyano, 20. Brüs Abdulaye, 28. Baçana Sxadadze, 33. Matiya Spiçiç, 47. Abdulla Abatsiyev, 70. Vaqif Cavadov (k).
Ehtiyat oyunçular: 1. Georgi Lomaya, 8. Mikel Alvaro, 11. Asif Məmmədov, 12. İvo Taborski, 21. Arif Daşdəmirov, 88. Derlis Meza Kolli, 91. Coşqun Diniyev.

RƏVAN – XƏZƏR LƏNKƏRAN – 2:1 (1:1)
Qollar: N.Qliqorov, 12 (0:1), O.Lalayev, 33 (1:1), M.Adamoviç, 90+2 (2:1).
Bakı. “Bayıl Arena”.
RƏVAN: 85. Kamal Bayramov, 21. Novruz Məmmədov, 28. Boyan Markoviç, 4. Mitya Moreç, 8. Julio Sezar, 40. Mişel Balokoq, 16. Orxan Lalayev, 20. Miloş Adamoviç, 17. Ramazan Abbasov (k), 25. Ayaz Mehdiyev, 18. Oke Akpoveta.
Ehtiyat oyunçular: 12. Fuad Əhmədov, 14. Xuan Manuel Varea, 7. Elvin Həsənəliyev, 19. Hüseyn Axundov, 10. Tyaqo de Souza, 15. Dmitri Kruqlov, 41. Kamil Kopunek.
XƏZƏR LƏNKƏRAN: 1. Orxan Sadıqlı, 3. Vanderson Skarduelli, 4. Alvaro Silva, 5. Tyeqo de Xesus, 8. Deyan Blajevski, 10. Elnur Abdullayev (k), 12. Junior Nildo, 18. Tural Cəlilov, 23. Nikola Qliqorov, 27. Manuel Skarlatake, 55. Ağabala Ramazanov.
Ehtiyat oyunçular: 19. Vyekoslav Tomiç, 7. Sadio Tounkara, 9. Orxan Əliyev, 14. Rahid Əmirquliyev, 16. Adrian Pit, 20. Etame Mbilla, 30. Elias Ribeiro,

AZAL – SİMURQ – 0:2 (0:1)
Qollar: S.Polyak, 29 (0:1), D.Çeran, 86 (0:2)
Bakı. “AZAL Arena”.
AZAL: 1. Ruslan Məcidov, 15. Oskar Klava, 23. Tural Nərimanov (k), 26. Kərim Diniyev, 31. Şəhriyar Rəhimov, 32. Laşa Kasradze, 20. Branislav Arsenyeviç, 10. Con Oluremi, 3. Aleksandr Şemonayev, 8. Qərib İbrahimov, 89. Nedo Turkoviç.
Ehtiyat oyunçular: 12. Cahangir Həsənzadə, 25. Adil Nağıyev, 28. Emin Cəfərquliyev, 5. Murad Ağayev, 7. Cavid Tağıyev, 27. Rəşad Abdullayev, 22. Axtam Xamroqulov.
SİMURQ: 1. Pavel Kapsa, 2. İlkin Qırtımov, 5. Anderson Oliveyra, 7. Ruslan Poladov (k), 8. Patrik Osiako, 10. Rəşad Eyyubov, 11. Draqan Çeran, 15. Stepan Polyak, 18. Tural Axundov, 20. İdan Vaytsman, 26. Benjamin Lambot.
Ehtiyat oyunçular: 35. Amil Ağacanov, 4. Dilaver Zrnanoviç, 9. Mindauqas Kalonas, 3. Usim Nduka, 21. Murad Səttarlı, 22. Salif Ballo, 30. Raul Kostin.

1 Qarabağ 25 15 7 3 44 14 +30 52
2 Qəbələ 25 13 4 8 35 23 +12 43
3 İnter 25 12 6 7 37 27 +10 42
4 Neftçi 25 12 6 7 37 32 +5 42
5 Bakı 25 12 5 8 40 27 +13 41
6 Simurq 25 8 9 8 25 19 +6 33
7 XL 25 7 10 8 26 35 –9 31
8 AZAL 25 6 8 11 24 36 –12 26
9 Rəvan 25 3 8 14 15 43 –28 17
10 Sumqayıt 25 2 7 16 16 43 –27 13

Bombardirlər:
13 – Reynaldo (Qarabağ)
12 – Vaqif Cavadov (İnter)
10 – Daniel Subotiç (Qəbələ)
8 – Etame Mbilla (Xəzər Lənkəran), Rauf Əliyev (Bakı).

25-ci turunun rəmzi komandası açıqlanıb. InStat Football şirkətinin Peşəkar Futbol Liqasına təqdim etdiyi statistik məlumatlara əsasən, ötən turun ən yaxşı 11-liyi aşağıdakı kimidir:
Qapıçı: İbrahim Sehiç (Qarabağ);

Müdafiəçilər: Bruno Bertuççi (Neftçi), Rəşad Sadıqov (Qarabağ), Bədavi Hüseynov (Qarabağ), Mahir Şükürov (Neftçi);

Yarımmüdafiəçilər: Reynaldo Silva (Qarabağ), Lorenzo Ebesilio (Qəbələ), Marinaldo da Silva (Qarabağ), Leroy Corc (Qarabağ);

Hücumçular: Bahodır Nasimov (Neftçi), Miloş Adamoviç (Rəvan)

Turun ən yaxşı oyunçusu isə “Neftçi”nin özbəkistanlı hücumçusu Bahodır Nasimovdur.

Fikirlərini bizimlə bölüş!