Bu yaxınlarda "Futbol+"də Şuşanın icra hakimi Bayram Səfərovun 5 milyon manata villa alması haqda replika oxudum. Məlum məsələdi ki, aylıq əməkhaqqı 2000-2500 manat olan bir şəxs ömrü boyunca bu qədər pul yığa bilməz. Hələ hesab etsək ki, bu məsələnin görünən tərəfidi, başqa daşınan (qızıl, banklarda olan nağd pullar) və daşınmaz (mənzillər, obyektlər və s.) əm-lakın varlığı da məlum məsələdi.
Bu qədər pul toplamaq üçün həmin şəxsin icra hakimiyyətinə köçürülən pulları qeyri-qanuni mənimsəməsi lazımdı. Bu məsələ ictimaiyyətə məlum olandan sonra niyə pul köçürən təşkilatlar onun təyinatı üzrə xərclənməməsinə görə etiraz səsini ucaltmadı? Cavab sadədi: köçürənlər də payını alır. Bəs Şuşa camaatı niyə səsini qaldırmadı? Bu da aydındı, onlar da paylarını alırlar. İqtisadi faktın idman qəzetinə yol tapmasının da cavabı sadədi. İllərdi "Şuşa"nın baş məşqçisi Nadir Qasımov pul axtarır, halbuki Şuşa rayonuna qaçqınlıq adı ilə külli miqdarda pul ayrılır. Belə çıxır ki, qaçqınlıq gəlirli sahəyə çevrilib?
Digər qaçqın rayonu Ağdamın adından çıxış edən "Qarabağ"ın isə bəxti gətirib, yaxşı sponsoru var. Əlbəttə, Ağdamın əhalisi Şuşanın əhalisindən bir neçə dəfə çoxdu. Deməli, həmin rayonun icra hakimiyyətinə bir neçə dəfə çox pul köçürülür, yəni yuxarıda izah etdiyim məsələləri bura da aid edə bilərsiz, həm də artıqlamasıyla. Ağdamın da rəhbərliyi idmana fikir vermir, təsadüfi deyil ki, Quzanlı stadionu pis vəziyyətə düşüb, fikir verən yoxdu ("Fut-bol+"də oxumuşdum ki, uşaqların məşğul olması üçün tikilən stadionu icra hakimiyyəti yerlə yeksan edib).
Deməli, bu rayonun icra hakimiyyətinin də idmana pul ayırmaq fikri yoxdu. Belədə "Qarabağ"ın prezidenti Abdulbari Gözəl haqqlı olaraq bu klubun Ağdamı təmsil etmədi-yini deyir. "Nə yoğurdum, nə yapdım, hazırca kökə tapdım" mülahizəsini əsas götürənlər guya Gözəlin belə demək istəmədiyini deyirlər. Amma o həqiqəti dedi, bir klub 23 il başqa yerdə çıxış edirsə, elə o şəhəri təmsil edir. Özünə "İmarət" adını qoyan fanklub guya bununla Ağ-damdakı stadionu yada salır. Məncə, adlarını dəyişib ya "Suraxanı", ya da "Tofiq Bəhramov" qoysaydılar, daha düzgün olardı. Ümumiyyətlə, bu fanklubun heç nəyi həll etməyən "Zalsburq" üzərində qələbəni böyük coşqu ilə qeyd etməsini anlamadım. Belədə deyiblər ki, utanmasan, …şəhər turuna çıxmağa nə var? Görənlər də deyir ki, torpaqlarını qoyub qaçıblar, indi Bakı-da şəhər turuna çıxırlar. Mənim rayonum işğal olunsaydı, hardan olduğumu deməyə utanar-dım, axı qaçqın sözü qəhrəman sözü ilə sinonim yox, antonimdi!
Çoxları iddia edirdi ki, "Qarabağ" avrokuboklarda qrupa düşsə, guya bu Qarabağ üçün yaxşı təb-liğat vasitəsi olar. Hanı? İndiyə qədər heç kim Qarabağın statusuyla bağlı nəsə yazmayıb. "İn-ter"in rəsmisi Zanetti heç bu klubun adını çəkməyi də lazım bilmədi. O qədər yazdılar-dedi-lər, axır ki "Qarabağ" Quzanlıya getdi, həm də qapı üzü görməyən Fərhad Vəliyevlə. Bu məqam bir daha sübut etdi ki, "Qarabağ"ın o rayonla heç bir əlaqəsi yoxdu!
Cənablar, istəyirsiz "Qara-bağ"ın adının yanında yüz dəfə yazın, klubu o rayona calaya bilməyəcəksiz. Bugünkü reallıq isə belədi: nə "Qarabağ" Ağdamındı, nə də Qarabağ Azərbaycanın. Bilirəm, indi bir qrup adam bu sətirləri oxuyandan sonra vay-şivən qoparıb məni vətən xaini elan edəcəklər. Bildirmək istə-yirəm ki, mən özümdən heç nə uydurmadım, xalqın yavaşdan dediyi fikri ucadan dedim, vəssa-lam.




Fikirlərini bizimlə bölüş!